Tanınmış hüquq müdafiəçisi Səməd Vəkilovun 50 illik yubileyidir!




Səməd və Mobil Vəkilov qardaşlarını ictimaiyyətə tanıtmağa ehtiyac yoxdur. Hər iki qardaş hüquqşünasdır.Hər iki qardaş təpədən dırnağa zəhmətkeşdir, vətənpərvərdir, işgüzardır. Hər iki qardaş "Müvəkkil" Hüquq Mərkəzində çalışır. Səməd müəllim həmin Mərkəzin qurucusu və Rəhbəridir. Onlar neçə-neçə insanın tapdanmış hüquqlarını bərpa ediblər. 
Hər iki qardaş məşhur Vəkilovlar nəslinin nümayəndələridir. 
Aprelin 14-ü İctimai xadim və tanınmış hüquq müdafiəçisi Səməd Vəkilovun 50 yaşı tamam oldu.Mən, bütün dostlar adından dəyərli Səməd Vəkilovu təbrik edir, Qafqaz uzunömürlülüyü arzulayıram. O gün olsun, düşmən tapdağından azad edilən dədə-baba torpaqlarında fəaliyyətini davam etdirəsən, Səməd müəllim!

Hörmətlə,
Şamil Sabiroğlu, jurnalist.
15.04.2025.

Hiç yorum yok:

Yorum Gönder

Pages