Vəliyev Tarıyel Təyyar oğlunun anım günüdür.


24 aprel Vəliyev Tarıyel Təyyar oğlu Azərbaycan kino və televiziya rejissoru, Azərbaycan Dövlət Televiziyası "edəbi-dram verilişləri" baş redaksiyasının baş rejissoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsəznət Universitetinin "Televiziya rejissoru" kafedrasının ,müdirü professoru anım günüdür.Allah rəhmət eləsin🥀

Tarıyel Təyyar oğlu Vəliyev İmişlidə anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsəsnət Universitetində, Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya Akademiyasında təhsil alıb. Bir müddət Lütfi Məmmədbəyovun xalq teatrında qoyulan tamaşalarda iştirak edib. 1967-ci ildə radioda fəaliyyətə başlayıb, "Qitədən qitəyə" onun ilk verilişi olur. 1972-ci ildə televiziya sahəsinə keçərək ömrünün sonuna kimi Azərbaycan televiziyasinda rejissor vəzifəsində çalışıb. Bu illər ərzində televiziya tamaşalarının, sənədli filmlərin, dövlət tədbirlərinin, bayram proqramlarının, televiziya verilişlərinin quruluşçu rejissoru olmaqla yanaşı, uzun müddət televiziyanın Ədəbi dram verilişləri baş redaksiyasının baş rejissoru vəzifəsində işləyib. 1988-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərib. "Kinoşünaslıq" kafedrasının, "Televiziya rejissoru" kafedrasının (2007-2012) müdiri olub. Əməkdar incəsənət xadimi Tariyel Vəliyev 2012-ci ildə vəfat edib.

Filmoqrafiya:
Qaraca qız – Liftçi qız (1966, tammetrajlı bədii film, kinoalmanax) – aktyor (sərnişin)
Mehmanxana sahibəsi (1978, tammetrajlı film-tamaşa) – ikinci rejissor
Ötən ilin son gecəsi (1978, tammetrajlı film-tamaşa) – rejissor
Alov (1979, tammetrajlı film-tamaşa) – televiziya rejissoru
Atayevlər ailəsi (1980, tammetrajlı film-tamaşa) – televiziya rejissoru
Göz həkimi (1980, tammetrajlı film-tamaşa) – televiziya rejissoru
Qaranquş yuvası (1980, tammetrajlı film-tamaşa) – rejissor
Səni axtarıram (1981, tammetrajlı film-tamaşa) – rejissor
Evləri köndələn yar (1982, tammetrajlı film-tamaşa) – rejissor
Bağışla (1983, tammetrajlı film-tamaşa) – rejissor
Səndən xəbərsiz (1985, tammetrajlı film-tamaşa) – rejissor
Pəncərədə işıq (1987, tammetrajlı film-tamaşa) – rejissor
Sən həmişə mənimləsən (1987, tammetrajlı film-tamaşa) – rejissor
Yaşıl eynəkli adam (1987, tammetrajlı film-tamaşa) – rejissor, aktyor
Dəfn edilməmiş ölülər (1988, tammetrajlı film-tamaşa) – ikinci rejissor
Yad qızı (1990, tammetrajlı film-tamaşa) – rejissor
Duel (1995, tammetrajlı film-tamaşa) – rejissor
Qalalı dağlar (1995, tammetrajlı sənədli televiziya filmi) – rejissor
Muğam (II) (1995, tammetrajlı film-tamaşa) – rejissor
Mənim ömür nəğmələrim (2003, qısametrajlı film-tamaşa) – rejissor
Tanrı payım, telli sazım (2007, qısametrajlı sənədli televiziya filmi) – rejissor
Səfəvilər (II) (2008, tammetrajlı sənədli televiziya filmi) – rejissor
Əli Kərim. Gələcəyin şairi (2010, qısametrajlı sənədli televiziya filmi) – rejissor
Bəstəkar Səid Rüstəmov (2011, qısametrajlı sənədli televiziya filmi) – rejissor
Ləyaqət hücrəsi (2011, tammetrajlı sənədli televiziya filmi) – rejissor
Gün keçdi (II) (2012, qısametrajlı sənədli televiziya filmi) – rejissor
Gənclik macərası (????, tammetrajlı film-tamaşa) – rejissor

Hiç yorum yok:

Yorum Gönder

Pages