Ümrə ziyarətindən qayıdan vəzifəli şəxs faciəli vəfat etdi - Foto


680a8bc7757ba202504250647

Kəlbəcər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakmiltv.info Teleqraf-a istinadən xəbər verir ki, hadisə nəticəsində həlak olan 1957-ci il təvəllüdlü Azad Zeynalov bir gün əvvəl Səudiyyə Ərəbistanından Ümrə ziyarətindən qayıdıbmış.

Altı övlad atası olan A.Zeynalov əslən Laçın rayonunun Zağaltı kəndindəndir. Məcburi köçkünlük dövründə Bakının Xəzər rayonunun Binə qəsəbəsində məskunlaşıb.

O, Kəlbəcərdə aparılan tikinti-yenidənqurma işlərində iştirak edən "TVM İnşaat" MMC-də sahə rəisi - mühəndis vəzifəsində çalışırmış. Mərhum Ümrə ziyarətindən qayıtdıqdan sonra Bakıda ailəsi ilə görüşüb və səhər saatlarında "Kia Sorento" markalı şəxsi avtomobili ilə iş yerinə - Kəlbəcərə yola düşüb.

Hiç yorum yok:

Yorum Gönder

Pages