Təbrik:Polkovnik leytenat Vidadi Məmiye v-53




Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidmət etmiş, peşəkarlığı  humanistliyi, xeyirxahlığı,işgüzarlığı,iradı, mənəvi keyfiyyəti, dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti, səmərəli fəaliyyəti, təcavüzkarlığı və vətənpərvərliyi ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 30 ildən çox şərəfli xidmət yolunu  hərbi xidmətdə keçirmiş Azərbaycan Respublikasının Silahlı Qüvvələri veteranı, ehtiyatda olan polkovnik - leytenant  Məmiyev  Vidadi  Çingiz oğlunun aprel ayının  22- də dünyaya göz  acdığı gündür.

   

Daimi həyatın bütün cətinliklərindən alınıaçıq və üzüağ çıxan, Azərbaycan Respublikasının Silahlı Qüvvələri veteranı  - ehtiyatda olan polkovnik- leytenant    Məmiyev Vidadi  Cingiz  oğlunu  doğum günü münasibətilə Daxili İşlər Nazirliyinin  zabitlər birliyinin üzvləri, Daxili Qoşunlarının  ehtiyatda və istefada olan zabitləri, onun doğmaları və iş   yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin neymət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər, Vidadi  qoy yaşının üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin,  hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.

  

Məmiyev  Vidadi Çingiz oğlu  1972-ci illin aprel ayının 22-də   İmişli rayonunda zəhmətkeş bir ailədə anadan olub.

1989 -cu ildə Bakı şəhəri 138 saylı orta məktəbi, 1994- ci ildə Azərbaycan   Memarlıq və İnşaat Universitetini  bitirib.O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində  bir çox təlim- metodik toplanışlarda,xüsusi-  taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.

1994 -2025 cı illərdə Daxii İşlər Nazirliyi Daxili Qoşunların hərbi hissələrində yanğından mühafizə xidməti üzrə zabit, mənzil istismar xidməti rəisi, Daxili  Qoşunların Baş İdarəsinin maddi- texniki təminat idarəsində mənzil- istismar xidməti  rəisi vəzifələrində Vətənə və xalqa sədaqətlə  xidmət edib.

Məmiyev  Vidadi Çingiz oğlu Daxili Qoşunlarda xidmət etdiyi dövrlərdə özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-tanış, qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyi  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın,  hərbi və daxili qoşunların döyüş xidməti nizamələrin və digər hüquqi- normativ aktların  tələblərinə, eləcədə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir çox  hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.

 Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxili Qoşunlara həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində  ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin  təmin edilməsində, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtşaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də,  qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqaladə  hallar, habelə fövqaladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin  təmin  olunmasınında ,dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və  şərəf hissi ilə yerınə yetirmişdir.

Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi  xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş  nişanları ilə təltif  olunub, pul mükafatları ilə,  fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

Döyüş hazırlığındakı əla göstəricilərə, təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində və döyüş növbəsində xüsusi fəriqləndiyinə, şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif edilib:


1.“Azərbaycan Respublikasının Silahlı Qüvvələri Veteranı” medalı ilə;

2.“Qüsursuz xidmətə  görə” 1-ci ,2-ci və 3-cü dərəcəli medallar ilə;

3.“Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin” 10-illiyi , 90-illiyi  və 95-illiyi yubley  medalları ilə. 

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN VİDADİ!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!


 Azərbaycan Respubilkasının  Silahlı Qüvvələri və  müharibə

 Veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik

Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages