Daxili İşlər Nazirliyi Daxili Qoşunların və Azərbaycan Ordusunun həyatında öz dəst-xətti və xüsusi xidmətləri olan - istefada olan mayor İsakov Həmid Sabir oğlunun aprel ayının 22 də anadan olduğu gündür. Daha doğrusu 65 illik yubiley günüdür.
Belə bir əlamətdar gün münasibətilə Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,əzizləri, doğmaları ,iş yoldaşları səmimi-qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edub deyirlər, Həmid müəllim, qoy yaşınızın üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin, hər yeni iliniz isə ötən illərdən daha gözəl istəklərnizə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
İsakov Həmid Sabir oğlu 1960 -ci ilin aprel ayının 22- də Zakatala rayonunda zəhmətkeş ailədə anadan olub.
Həmid Sabir oğlu İsakov 1977 -ci ildə Zakatala şəhər Z.Murtuzəliyev adına 1 nömrəli orta məktəbi, 1980-ci ildə Omsk şəhər Mühəndislər İnstitunu, 1997 — ci ildə Bakı şəhərində Zabit heyətinin ixtisas artırma kursunu, 2003- ci ildə isə ictimai asayişin təhlükəsizliyin təmin edilməsi və antitteror kurslarını bitirib. Həmid müəllim Daxili Qoşunlada xidmət etdiyi illər ərzində bir çox təlim- metodiki toplanışlarda,hərbi və xüsusi – taktiki təlimlərdə, nümnəvi göstərici məşğələlərdə, komanda-qərargah təlimlərində,seminar və konfranslarda fəal iştirak etmişdir.Hərbi təcrübə əldə etmək ücün Türkiyə Jandarma Qüvvələrin hərbi məktəblərində, bölgə və briqalarında işgüzar səfərdə olub.
1994- 2008-ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Bas Idarəsinin Zaqatala və Gəncə şəhərlərində yerləşən hərbi hissələrdə bölük komandiri, alayın qərargah rəisinin xidmət üzrə köməkcisi, alayın mühəndis və kimya xidmət rəisi vəzifələrində Dövlətə,vətənə və xalqa sədaqətlə xidmət edib.Daxili Qoşunlardan ehtiyata buraxıldıqdan sonra Zakatala şəhər N.Hüseynov adına tam orta məktəbdə hərbi rəhbər (hərbi hazırlıq müəllim) vəzifəsində işləyir.
Mayor İsakov Həmid Sabir oğlu Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xudməti nizamnamələrinin tələblərinə və vəzifə borcuna əməl etməkdə öz tabeliyindəkilər və bir çox hərbi quluqcullar üçün nümunə olmuşdur.
Mayor Həmid Sabir oğlu İsakov DİN-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində ona həvalə edilmiş vəzifələrin və tapşırıqları layqınca yernə yetirmişdir.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara həvalə olunmuş vəzifə və tapşrıqların yerinə yetirilməsində, şəhərdə ,yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.
Həmid İsakov Daxili İşlər Nazirliyi Daxili Qoşunların hərbi hissələrində. müxtəlif vəzifələrdə xidmət edərkən, hərbi hissələrdə zabit, gizir, müddətdən artıq xidmət edən hərbi qulluqçularla və çavuşlarla komandir hazırlığı məşğələlərin, hərbi hissənin taqım komandirləri bölük komandiri və onların müavinləri ilə, kiçik mütəxəssislər və cavuşlara metodiki təlim- toplanışlarının və nümnəvi göstərici məşğələlərin keçirilməsində üzərinə düşən tapşırıqların yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.
İsakov Həmid Sabir oğlu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində, xidmətdə fəriqləndiyinə görə Azərbaycan Respublikasının Daxili İşlər Nazirin və onun müavinlərinin, Daxili Qoşunlar komandanın və onun müavinlərinin, təlim- tədris mərkəz rəisinin və hərbi hissənin komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nisanları ilə, bir çox diplomlarla, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb, ona təşəkkür elan edilib və aşağıdakı medalarla təltif olunub:
1.“Qüsursuz xudmətlərə görə” 3 -ci dərəcəli medal ilə- Silahlı Qüvəllərdə 10 təqvim il xidmətə görə;
2.“Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 15 təqvim il xidmətə görə;
3.“ Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə;
4.“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi (1918- 2008)” yubiley medalı ilə.
YUBİLEY GÜNÜN MÜBARƏK OLSUN.HƏMİD MÜƏLLİM!
ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN.
ÖMRÜN UZUN OLSUN 100 YAŞA.
DAİMA XOŞBƏXT YAŞA.
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder