Təbrik: Polkovnik leytenat -Emin Aslanov - 50



Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidmət etmiş, işgüzarlığı , yüksək intellektual  səviyyəsi və idarəçilik təcrübəsi ilə seçilən, Alahın verdiyi şərəfli və mənalı  ömrünün ən məhsuldar dövrünün  26 ildən çoxunu hərbi xidmətdə kecirmiş-  Azərbaycan Respublikasının Silahlı Qüvvələri veteranı- ehtiyatda olan polkovnik- leytenant  Aslanov Emin Vidadi oğlunun  aprel ayının 22-də  dünyaya göz acdığı  gündür. Daha doğrusu 50 illik yubiley günüdür.


Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan, ehtiyatda olan polkovnik-  leytenant  Aslanov Emin Vidadi  oğlunu doğum günü münasibətilə Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların  ehtiyatda və istefada olan zabitləri,onun əzizləri, doğmaları və iş yoldaşları, 

səmimi qəlbdən təbrik edir, səbəbkara  həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı  həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər,

Emin qoy yaşının üstə gələn bu yaş da sizə  sevinc  dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.


Polkovnik-  leytenant  Aslanov Emin Vidadi  oğlu  1975 -ci ilin aprel ayının  22- də  Bakı şəhərində zəhmətkeş bir ailədə anadan olub.

1992- ci ildə  Bakı şəhər 91 saylı tam orta məktəbi («Əla» qiymətlərlə), 1996- ci ildə Azərbaycan Dövlət Pedaqoji Universiteti,  2001 -ci illdə  isə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin   Xəzər rayonunda yerləşən  təlim-tədris mərkəzində   zabitlərin  təhkimləşdirmə kursunu  bitrib. Daxili Qoşunlarda  xidmət keçdiyi dövrdə  bir sıra Xarici ölkələrdə ixtisas artırma    kurslarda olub. Emin Aslanov DİN-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən  bir çox təlim- metodiki toplanışlarda, nümnəvi- göstərici məşğələlərdə,hərbi və   xüsusi- taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.

1996- 2000 -ci illərdə Müdafiə Nazirliyin Cəmşid Naxcvanski    Adına Hərbi Liseyində  taqım komandiri, 2001-2023-cü illərdə isə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin hərbi hissələrində və ali hərbi məktəbdə  taqım komandiri, böluk komandiri,   tabor komandirinin müavini-qərargah rəisi, tabor  və dəstə komandiri, müəllim  vəzifələrində  Vətənə, dövlətə və xalqa sədaqətlə. xidmət edib. 

Emin  Vidadi oğlu Aslanov  Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, saxavətli, insapərvər, əliacıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kolektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

 Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməsi, Hərbi Andin,  hərbi və daxili qoşunların  döyüş xidməti  nizamnamələrin tələblərinin dəqiq  və  sözsüz yerinə yeyirilməsi  işində,  öz tabeliyində olanlara  şəxsi nümünə olmuş və onları  fədakar hərbi xidmətə ruhlandırmışdır.

Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara həvalə olunmuş  vəzifə və tapşırıqların yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində  və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda,yaşayış məntəqələrində və cəzacəkmə müəsissələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,qanunsuz silahlı birləşmiş dəstələrin axtarışındga  və zərərsizləşdirilməsində, fövqəladə hallar, habelə fövqalədə vəziyyət və komendat saatı zamanı hüquqi rejimin təmin edilməsində, qəzaların, yanğınların,bədbəxt hadisələrin və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında,   dövlətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düsən vəzifə və tapşırıqları  məsuliyyət  və şərəf hissi ilə  yerinə yetirmişdir.

Hərbı xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi  xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, ali hərbi məktəb və hərbi lisey rəislərinin,  hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və  yubiley döş  nisanları ilə təltif olunub,  pul mükafatları ilə, bir çox fəxri fərmanlarla, diplomlarla  və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

Hərbi xidməti vəzifə borclarının yerinə yetirərkən  göstərdiyi rəşadətə, əla döyüş hazırlığı  və döyüş xidməti göstəricilərinə,  Dövlət və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları qarşısında xidmətlərinə,  eləcə də rəhbərlik etdiyi taqım, böluk və tabor hər il Daxılı Qoşunların Baş idarəsi tərəfindən keçirilən yoxlamaların nəticələrinə görə Qoşunlar üzrə ən yüksək nəticələr əldə etdiyinə görə Azərbaycan Respublikasının Prezıdentı adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif olunub:

1.“Azərbaycan Respubilkasının Silahlı Qüvvələr Veteranı” medal ilə;

2.“ Qüsursuz xidmə görə”  1-ci ,2 -ci və 3- cü dərəcəli medal ilə;

3. “ Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli” medal ilə;

 4.“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin”  10 illiyi (1991-2001), 90 illiyi ( 1918-2008) və 95 -illiyi (1918-2013)” yubiley  medaları ilə.


Polkovnik- leytenant  Aslanov Emin Vidadi  oğlunun  Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında  səmərəli fəaliyyəti  həmişə lazımnca qiymətləndirlib. O, İctimai asayişin qorunmasında və təmin edilməsində, cinayətətgarlığa qarşı mübarizədə, xidməti vəzifələrinin yerinə yetirilməsində fəriqləndiyinə görə  Azərbaycan Respublikasının Prezıdentının müvafiq sərəncamı ilə «Hərbi xidmətlərinə görə» medalı ilə təltif edilib.

YUBİLEY GÜNÜN MÜBARƏK OLSUN, EMİN!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


BÜTÜN ARZULARIN CİN OLSUN!


HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


Azərbaycan Respublikasının Silahlı Qüvvələri və    müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages