Təbrik:Mayor Mirzə Mirzəyev-60



Yüksək hərbi  peşəkarlığı  humanistliyi,dəqiqliyi,təmkinliyi,vətənpərvərliyi, sadəliyi, səmimiyyəti, iradi və mənəvi keyfiyyətləri ilə secilən, ömrünün ən məhsuldar dövrünü Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında keçirmiş, Azərbaycan Respubilkasının Müharibə Veteranı və Çernobıl əlilli, istefada olan mayor Mirzəyev Mirzə Rabid öğlunun  may ayının 1- də dünyaya göz acdığı gündür.


Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan mayor Mirzəyev Mirzə Rabid oğlunu belə bir ələmdar gün münasibətilə Daxili İşşlər Nazirliyinin   zabitlər birliyinin üzvləri,Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,əzizləri, doğmaları, iş və döyüşcü yoldaşları səmimi- qəlbdən təbrik edir, səbəbkara möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib, deyirlər, Mirzə  qoy yaşınızın  üstə gələn bu yaş da sizə  sevincdolu günlər bəxş etsin, hər yeni iliniz isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.


Mirzəyev Mirzə Rabid oğlu 1965- ci illin may aynın 1- də Azərbaycan Respublikasının Şəmkir rayonun Qaracəmirli kəndində zəhmətkeş  ailədə anadan olub .

1982 - ci ildə Şəmkir rayonun Qaracəmirli kənd orta məktəbi, 1986 – cı ildə isə SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunların Saratov Ali hərbi komandanlıq məktəbini bitirib. O, Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində, diviziyalarında və hərbi hissələrində keçirilən, bir çox təlim -metodiki təlim toplanışlarda, müvafiq kurslarda,hərbi və xüsusi- taktiki təlimlərdə, seminar və konfranslarda olub.


1986- 1991-ci illərdə SSRİ Daxili işlər Nazirliyinin Daxili Qoşunların Ukraynanın Respublikasının Dnepropetrovski vilayətində və Azərbaycan Respublikasının Gəncə şəhərində yerləşən hərbi hissələrində taqım və böluk komandiri vəzifəsində olub. 

1992-ci illin yanvar ayından -1998-ci ilin yanvar ayına kimi  Azərbaycan Respublikası Daxili işlər İşlər Nazirliyi Daxili Qoşunların Baş
İdarəsinin Gəncə şəhərində yerləşən hərbi hissənin qəragah rəisinin köməkçisi, döyüş hazırlığı bölməsının rəisi, tabor komandiri vəzifəsində Millətə, Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət edib . 1998-ci ildən etibarən “Hərbi xidmətkecmə haqqında” əsasnamənin və “Hərbi ulluqçuların pensiya təminatı haqqında” qanunun tələblərinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılıb və pensiya
təminatı ilə təmin edilib.


Mirzə 1998- 2012- ci illərdə Gəncə şəhərində hərbi avtomobil və zirehli texnika təmir bazanın direktoru vəzifəsində olub, 2013 -cü ildən etibarən isə Müdafiə Nazirliyinin Gəncə şəhərində yerləşən hərbi hissəsində ixtisaslaşdırılmış avtobil təmir bazasında bölmə müdiri vəzifəsində işləyir.

Mayor Mirzə Rahid oğlu Mirzəyev SSRİ Din-in Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində 1986-cı ilin aprel ayının 26 -da Cernobul Atom Elektrik Stansiyasında (Zavodunda) baş vermiş qəzanın yaratdığı faciənin aradan qaldırılmasında, 1992- 1994-cü ilərdə isə Azərbaycan  Respubilkasının ərazisi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edərək ona  və hərbi  hissəyə həvalə  edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir. Müharibə Veteranıdır və Çernobıl əlillidir.


O,  Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinə və vəzifə borcuna dəqiq və sözsüz  əməl etməkdə tabeliyindəkilər üçün şəxsi  nümünə olmuşdur.

Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara həvələ olunmuş vəzifələrin  yerinə yetirilməsində, şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində   ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda,  yaşayış məntəqələrində və cəzacəkmə müəsissələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı birləşmiş dəstələrin axtarışındga və zərərsizləşdirilməsində,qəzalar,bədbəxt hadisələr,yanğınlar, təbii fəlakətlər və başqa  fövqəladə hallar, habelə fövqəladə vəziyyət  və  komendant saatı  zananı hüquqi rejimin təmin edilməsində,mühum dövlət əhmiyyətli obyektlərin, inzibatı  binaların və təchizat anbarların  mühafizə olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları
məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.


Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə SSRI və Azərbaycan Respublikasını Daxili İşlər Nazirlərinin, Daxil Qoşunlar Komandanları və onların müavinlərinin, ali hərbi məktəb rəisinin, diviziya və hərbi hissə komandirlərinin əmrləri ilə müvafiq dövlət təltifləri ilə, əla xidmətlərə görə əlacı, yubiley və müvafiq  idman dərəcəsi doş  nişanları ilə, bir cox fəxri fərmanlarla,diplomlarla, qiymətli hədiyyələrlə təltif olunub və ona təşəkkür elan edilib.


YUBİLEY GÜNÜN MÜBARƏK OLSUN, MİRZƏ!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


BÜTÜN ARZULARIN CİN OLSUN!


Azərbaycan Respublikasının  Silahlı Qüvvələri və müharibə veteranı  peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages