Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının və Azərbaycan Respubilkasının Müdafiə Nazirliyin həyatında öz dəst - xətti olan, peşəkarlığı, işgüzarlığı,iradı,mənəvi keyfiyyəti, vətənpərvərliyi,dəqiliyi, təmkinliyi və səmimiyyəti ilə seçilən, 2003-cü ilə kimi Dövlət Sərhəd Xidmətində müxtəlif vəzifələrdə olmuş, 2003-2013-cü illərdə Daxili Qoşunlar Komandanın köməkçisi, 2013-2019- cu illərdə isə Müdafiə Nazirliyin aparat rəhbəri və işlər idarəsinin rəisi vəzifələrində Millətə,Vətənə,Dövlətə və Xalqa sədaqətlə xidmət etmiş -istefada olan Xalıqov Tahir Kamal oğlunun may ayının 1- də dünyaya göz acdığı gündür.
Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan istefada olan polkovnik Xalıqov Tahir Kamal oğlunu doğum günü münasibətilə Daxil İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri,Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,əzizləri, doğmaları, yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər,Tahir qoy yaşınızın üstə gələn bu yaş da sizə sevincdolu illər bəxş etsin, hər yeni günün isə sizi istəklərniznə qovuşduraraq daha da xoşbəxt etsin.
Tahir Kamal oğlu Xalıqov 1959-ci ilin may ayının 1 -də anadan olub.
Tahir Xalıqov Daxili Qoşunlarda və Müdafiə Nazirliyində xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində,Azərbaycan ordusunda və hərbi hissələrində keçirilən təlim -metodiki toplanışlarda, taktiki-xüsusi təlimlərdə, komando-qərargah məşqlərində, seminar və konfranslarda fəal iştirak edib,hərbi təcürbə əldə etmək ücün bir çox xarici ölkələrdə işgüzar səfərdə olub.
Çalışdığı bütün vəzifərdə özünü bacarıqlı və xeyirxah zabit kimi göstərən- istefada olan polkovnik Xalıqov Tahir Kamal oğlu Dövlət Sərhəd Xidmətində, DİN-in Daxil Qoşunlarında və Azərbaycan Ordusunda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara və bir çox hərbi qulluqculara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi,sərhəd və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Qanunvericilikilə Dövlət Sərhəd Xifmətinə, Daxil işlər Nazirliyinin Daxili Qoşunlarına və Azərbaycan Ordusuna həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,dövlət sərhədinin mühafizə olunmasında, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşlsının alınmasında, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictmai asayişin qorunmasında və ictimai asayişin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində,qəzalar, bədbəxt hadisələr,yanğınlar, təbii fəlakətlər və başqa fövqalədə hallar, habelə fövqəladə vəziyyət və komendat saatı zamanı hüquqi rejimin təmin edilməsində, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Hərbi yoldaşları Tahir Xalqovu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş hərbi qulluqçu kimi dəyərləndirirlər.O,istər təhsil aldıgı,orta və təhsil mərkəzlərində, istərsə də xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba arasında özünə layiq hörmət qazanıb.
Xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri, döyüş və ictimai - siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Dövlət Sərhəd Xidmətinin rəisinin, Daxili İşlər Nazirinin, Müdafiə Nazirinin, Daxili Qoşunlar Komandanın müvafiq əmrləri ilə xidmətdə fəriqləndiyinə görə, Tahir Kamal oğlu Xalıqov əlacı, yubiley və müvafiq döş nişanları ilə təltif olnub, bir çox diplomlarla, fərmanlarla və qiymətli hədiyyələrlə (pul mükafatı ilə) mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəqiqləndiyinə və digər xidmətlərinə görə Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin və Müdafiə Nazirinin,Rusiya Federasiyasının Daxili İşlər Nazirinin müvafiq əmirlərinə əsasən aşağıdakı medallarla təltif olunub:
1."Hərbi xidmətdə xərqlənməyə görə"3-cü dərəcəli medal ilə;
2.”Hərbi xidmətdə fəriqlənməyə görə” 2- -ci dərəcəli medal ilə;
3.”Hərbi xidmətdə fəriqlənməyə görə” 1-ci dərəcəli medal ilə;
4."Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 10 illiyi ( 1991 - 2001)” yubiley medalı ilə;
5."Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 90 illiyi ( 1918 - 2008 )” yubiley medalı ilə;
6."Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 95 illiyi ( 1918 - 2013 )” yubiley medalı ilə;
6."Rusiya Federasiyasını Daxili işlər nazirliyinin 200 illiyi ” yubiley medalı ilə;
7.”Rusiya Federasiya Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının 200- illiyi” yubiley medalı ilə;
8."Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
9."Qüsursuz xidmətə görə 2 -ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
10."Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə.
Azərbaycan Respubilkasının ərazi bütövlüyünin təmin edilməsində, hərbi borucu, xidməti vəzifələrini və xüsusi tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə və cəsarət göstərdiyinə görə polkovnik Xalıqov Tahir Kamal oğlu Azərbaycan Respubilkası Prezidentinin 2005-ci il tarixli 803 saylı sərəncamına əsasən “Hərbi xidmətlərə görə” medala təltif olunub.
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN TAHİR!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMIŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYIN SEVINSIN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder