Təbrik:Kapitan Rüstəm Əfəndiyev



 Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarnda müxtəlif vəzifələrdə xidmət etmiş, ehtiyatda olan kapitan Əfəndiyev  Rüstəm Bəhram oğlunun aprel ayının 9-da
doğum günüdür.

Kapitan Əfəndiyev Rüstəm Bəhram oğlu 1990-ci ilin aprel ayının 8-də Zakatala şəhərində anadan  olub .

Kapitan Əfəndiyev Rüstəm Bəhram oğlu    oğlu 2007-ci ildə Zakatala  şəhər 1 nömrəli tam orta məktəbi, 2014-cü ildə  Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali hərbi məktəbini bitirib.

2008-2009-cu llərdə  Milli Qvardiyada müddətli həqiqi hərbi xidmətdə olub. 

2010- 2023 -cü illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi hissələrində və və Ali hərbi məktəbində müxtəlif vəzifələrdə  xidmət edib.

Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə və  hərbi xidmət kecdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə Daxili İşlər Nazirinin, Milli Qvardiya Komandanın, Daxili Qoşunlar Komandanı və onun müavinlərinin, hərbi  məktəb rəisinin, hərbi hissə komandirinin  müvafiq  əmrləri ilə  yubiley  döş nişanları, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə  mükafatlandırılıb və aşağıdakı medallarlarla təltif olunub:

 1.“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)”yubiley medalı ilə;

3.“Qüsursuz xidmətə görə”  3-cü dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 10 təqvim ili  xidmətə görə.

Əfəndiyev Rüstəm Bəhram oğlunun
anadan olması günü münasibətilə onu, Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, əzizləri, yaxınları, hərbçi dostları və iş  yoldaşları
ürəkdən təbrik edir, ona
uzun ömür, möhkəm çansağlığı,
ailə səadəti, fəaliyyətində yeni uğurlar
arzulayır!

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN RÜSTƏM!

100 YAŞA, SAĞLAM YAŞA.


Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharubə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages