İnsan üçün ən yaddaqalan günlərdən başlacası onun həyata gəldiyi gündür. Ömürə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur. Bu bahar təravətli yaz günündə peşəkarlığı və humanistliyi ilə seçilən, ömrünün ən mənalı və məhsuldar dövrünün 23 ildən cox şərəfli xidmət yolunu hərbi xidmətdə kecirmiş Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin (AVMVİB) Neftcala rayon şöbəsinin üzvü- istefada olan kapitan Məmmədov Böyükağa Ağəli oğlunun aprel ayının 10 -da dünyaya göz açdığı gündür.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyin Neftçala rayon şöbəsinin sədri,Azərbaycan Respublikasının Müharibə Veteranı- istefada olan kapitan Məmmədov Böyükağa Ağəli oğlunu doğum günü münasibətilə Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri,Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,doğmaları,əzizləri,yaxınları,iş və döyüş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin neymət olan möhkəm cansağlığı və həyat yollarında bitib-tükənməyən nailiyyətlər arzu edib deyirlər, Böyükağa qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin,hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Məmmədov Böyükağa Ağəli oğlu 1957 -ci ilin aprel ayının 10 -da Azərbaycan Respublikasının Neftçala rayonunda zəhmətkeş bir ailədə anadan olub.
1974-ci ildə Neftçala rayonun 26-lar qəsəbə (Mirqurbanlı kənd) tam orta məktəbi, 1981 -ci ildə Sovet ordusun Ukrayna respublikasında yerləşən gizirlər məktəbi, 1989 -cü ildə Azərbaycan Respublikasının Neftçala rayonunda Neft və Kimya texnikumunu bitirib. Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş idarəsində və hərbi hissələrində keçirilən bir çox təlim- metodiki toplanışlarda, ixtisasartırma kurslarda, seminar və konfranslarda iştirak edib.
1975 -1977 -ci illərdə Sovet ordusunda müddətli həqiqi hərbi xidmətdə olub.
1981 -1991-ci illərdə SSRİ Müdafiə Nazirliyinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Əfqanıstan, Ukrayna Respublikalarında və Azərbaycan Respublikasının Neftçala və Xətai rayonlarında yerləşən hərbi hissələrdə müxtəlif vəzifələrdə olub.
1992- 2003- cü ilərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Ağdam, Ağdərə, Füzuli rayonlarında və Sumqayıt şəhərində yerləşən hərbi hissələrdə bölük komandiri, əməliyyat tabor komandirinin müavinini, hərbi hissənin qəargah rəisinin xidmət üzrə köməkçisi vəzifəsində Vətənə dövlətə və xalqa sədaqətlə xidmət edib.
Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdam Ağdərə və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
O, öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andin və hərbi və döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərəncamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimə nümnə olmuşdur.
Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxil İşlər Nazirliyi Daxili Qoşunların həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrində kütləvi iğtişaşlarım qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, qəzalar , bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqəladə hallar, habelə fövqalədə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin edilməsində, dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Hərbı xidməti vəzifələrinin icrası zamanı yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə SSRİ Müdafiə Nazirinin,Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanı və onun müavinlərinin, diviziya və hərbi hissə komandirinin müvafiq əmrləri ilə «əla xidmətlərə» görə əlacı və yubiley döş nişanları ilə təltif olunub, pul mükafatları ilə, fəxri fərmanlarla , qiymətli hədiyyələrlə mükafatlandırıb və ona təşəkkür elan edilib.
Öz xidməti və ictimai vəzifələrini, hərbi hissə qarşısında qoyulmuş tapşırıqları eləcə də dövlətin ərazi bütövlüyünün təmin edilməsində fəriqləndiyinə görə SSRI Ali Soveti və Azərbaycan Respublikasının Prezidenti adından Müdafiə və Daxili İşlər Nazirlərinin müvafiq əmrlərinə, Azərbaycan Vətən Müharibəs Veteranları İctimai Birliyinin İdarə heyətinin qərarına əsasən aşağıdakı medallarla təltif edilib:
1.“Əfqanıstan Müharibə Veteranı” medalı ilə ;
2.“Əfqanıstanda döyüş əməliyyatların bitməsinin yubiley” medalı ilə;
3.“Qüsursuz xidmətə görə” 2 -ci dərəcəli medal-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
4.“Qusursuz xidmətə görə”
3 - cü dərəcəli medal-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
5.“SSRİ Silahlı Qüvvələrinin 70 illiyi (1918-1988)” yubiley medalı ilə;
6.“Böyük Zəfər” medalı ilə;
7.“Müharibə Veteranı” medalı ilə,
8.“Milli Ordunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə;
9.“Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin 25 illiyi (1994-2019)” yubiley medalı ilə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, BÖYÜKAĞA!
ÖMRÜN UZUN, ÜRƏYİN MÖHKƏM GÖZLƏRİN İŞİQLI 0LSUN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder