Bu bahar təravətli günündə, peşəkarlığı, humanistliyi, sadəliyi , səmimiyyəti,insanpərvərliyi,işgüzarlığı, yüksək intellektual səviyyəsi, idarəçilik qabiliyyəti, vətənpərvərliyi və mənəvi keyfiyyətləri ilə secilən, Azərbaycan Respublikasının müharibə veteranı,istefada olan daxili xidmət polkovniki Bədəlov Azər Nəzir oğlunun aprel ayının 19-da dünya göz açdığı gündür.
Daimi həyatın imtahanlarından alnıacıq və üzüağ çıxan Azərbaycan Respublikasının müharibə veteranı- istefada olan daxili xidmət polkovniki Bədəlov Azər Nəzir oğlunu belə bir ələmdar gün münasibətilə Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, onun doğmaları, əzizləri, yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən şirin neymət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib, deyirlər ki,Azər qoy yaşının üstə gələn bu yaşda sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Polkovnik Bədəlov Azər Nəzir oğlu 1967 – ci ilin aprel ayının 19 -da Azərbaycan Respublikasının Şəki rayonunun Təpəcənət kəndində zəhmətkeş bir ailədə anadan olub.
Bədəlov Azər Nəzir oğlu 1985- 1987- ci illərdə Sovet Ordusunun Daliniy Vostok vilayətində yerləşən Uşaq şərq hərbi dairəsinin raket və artileriya qoşunlarının kəşfiyyat bölüyndə müddətli həqqi hərbi xidmətdə olub.
Daxili xitmət polkovniki Bədəlov Azər Nəzir oğlu Şəki rayonunun Təpəcənət kənd orta məktəbini, Azərbaycan Dövlət İnstitunun Tarix fakültəsini, Elm Tarixi İnstitutunun Milli Elmlər Akademiyasını bitirib.
1992- 2000-ci illərdə Azərbaycan Ordusunun döyüş bölgələrində yerləşən hərbi hissələrində müxtəlif vəzifələrdə çalışıb.
2000- 2007- ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin mətbuat xidmətində baş zabit, Daxili Qoşunların Bas İdarəsinin Zaqatala rayonunda yerləşən hərbi hissədə hərbi hissə komandirinin tərbiyəvi işləri üzrə müavini, 2008- 2017-ci illərdə isə Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyinin Növbətci Sektorun müdiri (1- ci dərəcəli dövlət qulluğu) vəzifəsində Vətənə dövlətə və xalqa sədaqətlə xidmət etdi.
Bədəlov Azər Nəzir oğlu Heydər Əliyev Adına Azərbaycan Hərbi Məktəbində iki il kursantlara hərbi elmi tarixdən dərs keçib.O, bir çox elmi publistik məqalələrin, kitabların müəllifidir. Vətənpərvərlik mövzusunda qələmə aldığı materiallar müxtəlif mətubat orqanlarında dərc olunub.
O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, saxavətli, insapərvər, əliacıq, zəhmətkeş zabit kimi göstərmişdir. Azər Bədəlov istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kolektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andin, hərbi nizamələrin və digər hüquqi- normativ aktların tələblərinə, eləcə də vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi
üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir çox hərbi qulluqçular fədakar hərbi xidmətə ruhlandırmışdır.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə və xüsusi əməliyyatlarda üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə Azərbaycan Respublikasının müharibə veteranıdır.
Qanunvercliklə müəyyən edilmiş qaydada Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində,ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, şəhərdə və yaşayış məntəqələrində kütləvi ixtşaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı birləşmiş dəstələrin axtarışındga və zərərsizləşdirilməsində, qəzalar , bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqalədə hallar, habelə fövqaladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin edilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları
məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.
Hərbı xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna, hərbi xidmət kecdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nisanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə, rəşadət və şücaət göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Müdafiə Nazirinin, Daxili İşlər Nazirinin və Fövqəladə Halar Nazirinin müvaiq əmri ilə aşağıdakı medalarla təltif olunub:
1.“Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı ilə -Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
2.“Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
3.“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 10-illiyi (1991-2001)” yubiley medalı ilə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, AZƏR!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN CİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharubə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder