Sabunçu rayonu "Gənclər Evində" şəhid Əhməd Quliyevin xatirəsinə həsr etdiyim "Dastana Sığmayan Ömür" adlı kitabın təqdimatı keçirldi.



Bakmiltv.info xəbər verir ki, Həyatda cəmi 20 il yaşadı.Qısa amma şərəfli bir ömür.Ürəyi vətən sevgisi ilə dolu olan,vətəninə ürəkdən bağlı olan oğullarımızdan biri oldu Əhməd Məhəmməd oğlu Quliyev.Füzuli rayonu Qərbənd kəndində zəhmətkeş bir ailədə 25 iyul 1973 -cü ildə anadan olmuşdur.Ailənin sonbeşik övladı olan Əhməd hər kəsin sevimlisi idi.O körpə yaşlarından atasını itirir.Lakin anası və bacı,qardaşları ona atasızlığı hiss elətdirir.Əhməd böyüdükcə öz yaşıdları arasında öz ağlı,düşüncəsi,təlim tərbiyəsi ilə seçilirdi.Vətənimizin üzərini qara bulud alanda bir çox yaşıdları kimi Əhməd də silaha sarıldı,torpaqların müdafiəsinə qalxdı.Uzun bir döyüş yolu keçdi Əhməd Quliyev.Tuğ,Hoğa,Govşad,
Aşağı Veysəlli uğrunda gedən döyüşlərdə qəhramanlıqla döyüşmüşdür.06.08.1993- cü ildə Əhməd Quliyev Qızılqaya,Məngələnata yüksəklikləri uğrunda gedən döyüşlərdə qəhramanlıqla şəhidlik zirvəsinə ucaldı.
Öz ölümü ilə ölümsüzlüyü qazandı Əhməd Məhəmməd oğlu Quliyev adını tarixə qızıl hərflərlə yazdı ölümündən sonra 24 iyun 2010- cu ildə Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə "İGİDLİYƏ GÖRƏ"medalı ilə təltif olundu.
Ruhun şad olsun igid oğul uğrunda canını fəda etdiyin vətən torpaqları azaddır.

Sevən konlün ümmanidı,
O sevginin qurbanıdı.
Əfsanəvi nağıllardan
Gələn həyat dastanıdır
İgid Əhməd,Şəhid Əhməd.
Raziyə Kamilqızı
AYB-nin üzvü

Hiç yorum yok:

Yorum Gönder

Pages