Təbrik: Mayor Ruslan Zeynalov - 51




Daxili İşlər Nazirliyi  (DİN-in) Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidmət etmiş  peşəkarlığı, hümanistliyi, vətənpərvərliyi,  işgüzarlığı,tələbkarlığı, təşkilatçılıq bacarığı və səmimiyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 21 illdən çoxunu   hərbi xidmətdə keçirmiş- ehtiyatda olan mayor Zeynalov Ruslan Duraxan oğlunun aprel ayının 16 - da  dünyaya  göz acdığı gündür.

 Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan Ruslan Zeynalovu doğum günü münasibətilə Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları və iş  yoldaşları səmimi- qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib - tükənməyən naliyyətlər arzu edib deyirlər, Ruslan qoy  yasinin üstə gələn bu yaş da  sizə  sevinc dolu illər bəxş etsin, hər yeni ili isə  ötən ilərdən daha yaxı onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

Zeynalov Ruslan Duraxan  oğlu 1974 -ci ilin aprel ayınin 16 - də  Salyan rayonun Xıdırlı kəndində zəhmətkeş ailədə anadan olub.Əslən Gədəbəy rayonun Pərizamanlı kəndindəndir.

    

Ruslan 1989-cu ildə  Gədəbəy rayonun Pərizamanlı kənd orta məktəbin 8- ci sinifini, 1991 ci ildə Gədəbəy rayonun Qşabulaq kənd orta məktəbin  10 - cu sinifini, 1996- cı ildə Azərbaycan Xalq Təsərrüfatı Institutun idarə etmə fakultəsini, 1999- cu ildə DİN-Daxili Qoşunların Baş İdarəsinin doyuş hazırlığı idarəsinin  Xəzər rayonunda yerləşən

təlim və tədris mərkəzini bitirib.O, DİN -in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən bir çox təlim- metodiki-toplanışlarda,hərbi və  xüsusi-taktiki təlimlərdə,  müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak

edib. Hərbi təcürbə mübadiləsi ilə əladə etmək üçün Türkiyə Cümhuriyyətinin Jandarma  qüvvələrinin Ankara , İstambul, İzmir (Foce) şəhərlərində yerləşən hərbi hissələrində və hərbi məktəblərində  işgüzar səfərdə olub.


1996 -2017 -cı illərdə Din - Daxili  Qoşunların, Binəqədi, Füzuli, Nərimanov,Hacqabul,Zakatala, Qazax rayonlarında və Gəncə şəhində yerləşən hərbi hissələrində və əlahiddə bölmədə əsgər, manqa komandiri, kəşfiyat qurup komandiri, taqım komandiri, ayrıca yerləşən bölüyün komandirinin tərbiyəvi işlər üzrə müavini, xüsusi vastələrin tətbiqi dəstə komandirinin tərbiyəvi işlər üzrə  müavini vəzifələrində Vətənə dövlətə və xalqa sədaqətlə xidmət edib.

Ruslan hal -hazırda Azərbaycan xalqının və dövlətçiliyin qorunması, onun ərazi bütövlüyünün təmin edilməsi ücün əsas qarantı olan silahlı qüvvələrmizə sağlam vətənpərvər ruhlu gənclər hazırlamaq zəruətindən Gədəbəy rayon Moruxlu kənd orta məktəbində hərbi rəhbər vəzifəsində calışır.


Ruslan Zeynalov  DİN Daxil Qoşunlarında xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamlarının dəqiq və sözsüz yerinə yetirilməsi işində öz tabeçiliyində olanlara   daimi nümunə olmuşdur.

     

Hərbi və iş  yoldaşları onu  vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər.RuslanZeynalov istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsə də dost - tanış , qohum - əqraba arasında özünə böyük hörmət qazanıb.

     

Qanunvericilik lə müəyyən olunmuş qaydada Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına  həvalə edilmiş vəzifə və tapşırıqların  yerinə yetirilməsində ,hərbi şəhərciklərin,anbarların və dövlət əhmiyyətli  obyektlərin,inzibatı binaların mühafizə olunmasında,şəhərdə,yaşayış məntəqələrində  və kütləvi tədbirlərin kecirilmə yerıərində ictimai asayişin qorumasında,ictimai təhlükəsuzliyin təmin edilməsində, yaşayış məntəqələrində kütləvi  iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində,qəzalar, bədbəxt hadisələr,yanğınlar,  təbii fəlakətlər  və başqa hərbi və fövqalədə hallar , habelə fövqəladə vəziyyət  və komendant saatı zamanı hüquqi rejimin təmin edilməsində,  dövlətətin ərazi bütövlüyünün təmin olunmasında   üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

      

Xidməti vəzifələrini icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində  üzərinə düsən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəldiyinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, təlim tədris mərkəz  rəisinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə  əlacı  və  yubiley döş nişanları ilə təltif olunub, bir cox fəxri fərmanlarla və qiymətli hediyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

      

Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün təmin edilməsində, ictimai əsayişin   qorunmasında, cinayətkarlığa qarşı mübarizədə , hərbi xidmətdə ona həvalə edilmiş vəzifə və tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif edilib:


1."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10 illiyi ( 1991 -2001)” yubiley  medalı ilə;


2."Azərbaycan Respublikası Silahlı Qüvvələrinin   90 illiyi ( 1918 -2008)” yubiley  medalı ilə;


3."Qüsursuz xidmətə ğörə” 1 -ci  dərəcəli medalı ilə- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;


4."Azərbaycan Respublikası  Silahlı Qüvvələrinin  95 illiyi ( 1918 -2013)” yubiley medalı ilə;  


5."Qüsursuz xidmətə ğörə" 2-ci dərəcəli medalı ilə-

Silahlı Qüvvələrdə  15 təqvim ili xidmətinə görə,

 6.”Qüsursuz  xidmətə ğörə" 3 dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 10 təqvim ili  xidmətə görə.


RUSLAN DOĞUM GÜNÜN MÜBRƏK!!!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!


HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


Azərbaycan Respubilkasının  Silahlı Qüvvələr və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev.


Hiç yorum yok:

Yorum Gönder

Pages