Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Bakmiltv.info-nın bölgə müxbirinə bildirilib ki, aksiya muxtar respublika əhalisinin göz sağlamlığının qorunmasına yönəlib. Tədbir çərçivəsində bölgələrdə ödənişsiz müayinələrlə yanaşı, əhali arasında maarifləndirmə tədbirləri də keçiriləcək.
İlk tibbi müayinələr aprelin 15-də Ordubad rayonunun Dırnıs kəndindəki Ailə Sağlamlıq Mərkəzində aparılacaq. Əhalinin ödənişsiz oftalmoloji müayinəsi nəzərdə tutulur.
Aksiyanın digər bölgələri də əhatə etməsi planlaşdırılır.
Hiç yorum yok:
Yorum Gönder