Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidmət etmiş, ehtiyatda olan mayor Əbülfət Seyidməmməd oğlu Məmmədovun aprel ayının 27 -da dünyaya göz acdığı gündür.
Hər il oldiğu kimi bu ildə doğum gününü qeyd edən ehtiyatda olan mayor Məmmədov Əbülfət Seyidməmməd oğlunu Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, əzizləri, doğmaları və iş yoldaşları səmimi- qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər,Əbülfət qoy yaşınızın üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin, hər yeni iliniz isə ötən illərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Mayor Məmmədov Əbülfət Seyidməmməd oğlu 1974 - cü ilin aprel ayının 27 da Bakı şəhərində zəhmətkeş ailədə anadan olub. Əslən İsmayılı rayonundandır.
Əbülfəz Məmmədov 1991 - ci ildə Bakı şəhər N.Nərmanov adına 45 nömrəli tam orta məktəbi, 1995 - ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyasını (hakimlik fakultəsini),1998-ci ildə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin doyüş hazırlığı idarəsinin Xəzər rayonunda yerləşən təlim -tədris mərkəzində (birinci dönəm) zabit heyətinin hazırlığı kursunu bitirib. O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində, və hərbi hissələrdə kecirlən bir çox təlim-metodiki toplanışlarlarda, müvafiq ixtisasartırma kurslarda (treninqlərdə) hərbi və xüsusi taktiki təlimlərdə, nümunəvi göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak edib.Hərbi təcürbə mübadiləsi əldə etmək ücün Türkiyə Jandarma Qüvvələrin hərbi hissələrində və hərbi məktəblərində işgüzar səfərdə olub.
1995-ci ilə kimi Əbülfət Məmmədov Neftçi futbol klubunun əsas və əvəzedici konandalarında cıxış edib. Yeniyetmələr arasında Azərbaycan futbol yığma komandasının üzvü olmuşdur. Futbol üzrə 1-ci dərəcəli hakim olaraq, bir çox oyunlara hakimlik etmişdir.
1995-1997 -ci illərdə Daxili Qoşunların Xacmaz (Yalama qəsəbəsində) və Nərimanov rayonlarında yerləşən hərbi hissədə və Daxili Qoşunların Baş İdarəsinin Əlahiddə İdman Komandasında (bölüyündə) müddətli həqiqi hərbi xidmətdə olub.
1997- 2016 - ci illərdə Daxili Qoşunların Nərimanov və Binəqədi rayonlarında yerləşən hərbi hissələrində hauptvaxt rəisinin köməkcisi, taqım komandiri,bölük komandirin müavini bölük komandiri, hərbi hissənin İdman və fiziki hazırlıq rəisi vəzifələrində Vətənə dövlətə və xalqa sədaqətlə xidmət edib. Hal- hazırda İsmayılı rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olur.
Əbülfət Məmmədov idman sahəsində (futbol və çoxnövçülük üzrə) ən yüksək nəticələr göstərdiyinə görə Daxili Qoşunların Baş İdarəsinin və Daxili İşlər Nazirliyin İdmam cəmiyyətinin yığma komandasının eləcə də Daxili Qoşunların “Qartal 95”, Daxili İşlər Nazirliyin isə “Dinomo Bakı” futbol klublarının üzvü olmuşdur. O, güc nazirliklər arşında və Respublika üzrə keçirilən birincilik yarışlarında öz tövhəsini vermişdir.Beləki Əbülfəz Məmmədov Azərbaycan Respublikasının primer peşəkar futbol çempionatlar likasında 1995-1998-ci illərdə futbol oynadığı illər ərzində Daxili Qoşunların “Qartal 95” futbol klubunda futbol oynadığı komanda 1995 ci ildə ikinci liqada 1-ci yeri,birinci liqada 2 -ci yerin qalibi olmuşdur.Bundan əlavvə Əbülfəz Məmmədov DİN-in “Dinamo Bakı” komandasında futbol oynadığı 1997 və 1998-ci illərdə “Dinamo Bakı” komandası yüksək primer cempionatlar liqada 1 və 2 yerləri tutmuşdur.
Mayor Əbülfəz Məmmədov Din-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qoruxmaz, insanpərvər, səxavətli və əliaçıq və işgüzar, yüksək intellektual səviyyəli zabit kimi göstərmişdir.
Əbülfəz Məmmədov istər orta və ali təhsil müəssisələrində təhsil aldığı illərdə, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost- tanış, qohum -əqrəba arasında özünə layiq hörmət qazanmışdır .
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andin, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin eləcə də digər hüquqi- normativ aktların tələblərinə və vəzifə borclarının icrasına Əbülfəz Məmmədov məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir çox hərbi qulluqçular fədakar hərbi xidmətə ruhlandırmışdır.
Qanunvercilikləmüəyyən olunmuş qaydada Daxili Qoşunlara həvələ olunmuş vəzifə və tapşrıqların yerinə yetirilməsində,Daxili İşlər Nazirliyin və hərbi hissənin təchizat anbarların, inzibati binaların mühafizə olunmasında, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda və təmin edilməsində, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı birləşmiş dəstələrin axtarışındga və zərərsizləşdirilməsində, qəzalar , bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqəladə hallar, habelə fövqaladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin edilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində Əbülfəz Məmmədov üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində,idman sahəsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, İdman Nazirnin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, təlim-tədris mərkəz rəisinin, Nefitci, Qartal 95 və Dinamo Bakı futbol kulub rəhbərlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlaçı,yubiley və müvafiq idman dərəcələri döş nişanları ilə, bir çox diplomlarla, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Öz xidmət vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yernə yetirərkən fərqləndiyinə və nümunəvi xidmətinə görə Azərbaycan Respublikası Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə Əbülfət Məmmədov aşağıdakı medallarla təltif olunub:
1."Qüsursuz xidmətə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medallar ilə;
2.“Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin" 10 illiyi, 90 iliyi və 95 iliyi yubiley medallıarı ilə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN. ƏBÜLFƏZ!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder