Təbrik: Tibb xidməti mayoru Şəlalə Babayeva




Tarix boyu həkimlik sənətinə ülvi bir peşə, həkimə isə müqəddəs bir şəxs kimi yanaşılmışdır. Sənətini mükəmməl bilən, insanların sağlamlığının keşiyində ləyaqətlə duran, onların qayğısına qalan həkimlərin xətri el-obada həmişə əziz tutulmuşdur. Hətta el arasında müdrik və mütərəqqi adamları loğmanla müqayisə edirdilər.

Həkim adını daşımaq nə qədər məsuliyyətli olsa da, bir o qədər də şərəflidir. Xalqın səhhətini qorumaq, hər kəsin öz sağlamlığını və həyatını etibar edəcəkləri qədər inamını qazanmaq hər insana nəsib olmur. Möcüzəli əlləri ilə insanlara şəfa bəxş edərək, xarakteri ilə səhhətlərində yaranmış problemlərini unutduraraq onların ehtiramını qazanmaq həkimlərin peşə vəzifələrinin ən ümdə məqamlarından biridir. Tibb xidməti   mayoru Şəlalə Babayeva da öz davranışı, xeyirxahlığı, dürüstlüyü, insanpərvərliyi, səmərəli fəaliyyəti, qayğıkeşliyi və insanlara (hərbi qulluqçulara) sağlamlıq, eləcə də gözəl təbəssüm bəxş etmək məharəti ilə onların etibarını və rəğbətini qazanmış həkimlərdəndir.

Qeyd edək ki, orta təhsilini   uğurla başa vuran  Şəlalə   Əvəz qızı Babayeva Azərbaycan Dövlət Tibb Universitetini bitirib.  2024-cü illə kimi Daxili İşlər Nazirliyi (DİN-in) Daxili  Qoşunlarının Baş İdarəsinin Tibb xidmətində və Hərbi həkim komissiyasında  müxtəlif vəzifələrdə Vətənə dövlətə və xalqa sədaqətlə xidmət etmişdir. 

Şəlalə həkim Daxili  İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illərdə  ölkəmizdə  tibb xidməti üzrə dəfələrlə  müvafiq ixsasartırma kurslarında və seminarlarda, eləcə də  kongres və simpoziumlarda iştirak edib 

Öz xidməti vəzifələrini yerinə yetirərkən fəriqləndiyinə və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə Daxili İşlər Nazirinin,  Daxili Qoşunlar Komandanın, onun müavinlərinin müvafid əmirləri ilə əlacı və yubiley döş nişanları ilə təltif olunub, dəfələrlə diplomlarla, fərmanlarla, qiymətli hədiyyələrlə (pul mükafatları ilə) mükafatlandırılıb,Şəlalə xanıma təşəkkür elan edilb və   bir sıra medallarla təltif olunub: 

.Şərəfli ömür yolu keçmiş, insanların sağlamlığını ləyaqətlə qorumuş və savadlı mütəxəssis, gözəl insan və qayğikeş həkim kimi kiçikdən-böyüyə onu tanıyanların hər birinin dərin rəğbətini qazanmış Şəlalə həkimin mart ayının 5-də  anadan olmasının 53-ci ildönümüdür. Şəlalə həkimi  belə bir əlamətdar gün  münasibəti ilə Daxili İşlər Nazirliyinin  zabitlər birliyinin üzvləri, Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, (tibb işçiləri) onun doğmaları, əzizləri və iş yoldaşları  ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, şərəfli və məsuliyyətli xidmətində   hərtərəfli yeni uğurlar arzulayır.


Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Müharibə Veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev 

Hiç yorum yok:

Yorum Gönder

Pages