Bu Bizik?!



Seyidağa Mövsümlü 01 avqust 1954-cü ildə Ucar rayonunda anadan olub. Sözüm onda deyil: Gəlin, Xocalı faciəsini ilk çəkən hərbi reportyor Seyidağa Mövsümovu unutmayaq. Seyidağa Mövsümlü Azərbaycan Ordusunun ilk hərbi operatoru sayılır. Ermənilərin Xocalıda törətdikləri soyqırımı ilk olaraq məhz o, kameranın yaddaşına həkk edib. İctimaiyyətin böyük hissəsinin S. Mövsümlünü məhz Xocalı hadisələri zamanı tanımasına baxmayaraq, o hələ meydan hərəkatı zamanından başlayaraq, 20 yanvar hadisələrində də vətənpərvərliyini, canını ortaya qoyub, mübarizədən geri çəkilməyib.1988-ci ildə Azərbaycanda başlanan Milli-azadlıq hərəkatının salnaməsini də yaratmağa başlayanlardan biri Seyidağa bəy oldu. 1988-ci ilin dekabrın 5-dən 6-na keçən gecə “Azərbaycanfilm” kinostudiyasının kinooperatoru Nizami Abbas və rejissor Zaur Məhərrəmovla birgə “Abşeron”mehmanxanasının damına qoyulmuş kameralarla Azadlıq meydanında baş verən hadisələri də çəkdilər. Sovet tanklarının köməyi ilə əhalini ordan qovduqdan sonra isə əsgər və zabitlər mehmanxanaya girib çəkiliş kassetlərini almaq istədilər. Lakin oradakı insanların fədakarlığı ilə Seyidağanın və dostlarının çəkdiyi kassetləri gizlədib aradan çıxarmaq mümkün oldu.
1990-cı ilin yanvarın 19-da axşam Seyidağa televiziyada növbətçi idi....
Onun jurnalistə verdiyi bir müsahibəsindən: 
"– Sevinc Osmanqızının paylaşdığı Çingiz Mustafayevin kadrlarını necə izah edərdiniz?
– 10-15 il bundan öncə Mirşahin məni Xocalı ilə bağlı “Ən yeni tarix” adlı verilişinə dəvət etmişdi. Verilişdə mənə sual verdilər ki, Xocalıya çəkilişə birinci kim gedib? Mən bu sualı elə sualla da qarşıladım. Dedim ki, əgər ora onlarla jurnalistimiz getsəydi, daha çox təsvirlərimiz, geniş məlumatımız olardı və dünya mətbuatına daha çox informasiya ötürərdik. Elədir, yaxud elə deyil? O da boynuna aldı ki, elədir. Məndə həmin verilişin videokaseti də var. Dedim ki, biz Azərbaycan xalqını təmsil edirik, ora reklam, şou xətrinə getməmişik. Biz idmançı deyilik ki, finiş xəttinə kimin tez çatdığını müəyyən edək. Hərə öz vəzifəsində vicdanla dövlətinə, xalqına xidmət etməli idi.
Allah məni bağışlasın, onların dediklərindən elə çıxırdı ki, guya azərbaycanlılar öz millətini qırıb, o günə salıblar. Sevincin atasını da ermənilər helikopter qəzasında qətlə yetiriblər. Mənim həmkarlarım Alı Mustafayev, Fəxrəddin Şahbazov və başqaları şəhid oldu. Mən də Sevinc xanımın fikirlərini internetdən oxumuşam. Bilmirəm, onda Azərbaycan qanı varmı? O, Azərbaycan xalqına, millətinə mənsubdur, ya deyil?! Mən canlı şahidəm! Onlar özlərinə qayıtmalı, bu soyqırım barədə düzgün məlumat verməlidirlər. Ayıb olsun Sevinc xanıma!"
Nə isə.. məhz soyqırım zamanı o dəhşətli kadrları videolentin yaddaşına köçürərkən Seyidağa Mövsümlü şəkər xəstəliyinə tutuldu. Amma bir daha hamı bilsin: O, Azərbaycanın ilk hərbi operatorudur və onun meydan hərəkatı, 20 yanvar faciəsi, Xocalı soyqırımı və digər çəkdiyi kadrlar misilsizdir. Onun bütün çəkilişlərində məqsəd Azərbaycan xalqına, eləcə də bütün dünyaya Azərbaycan və Qarabağ həqiqətlərini çatdırmaq olub.
Amma bütün hallarda Seyidağa Mövsümlü də halal haqqını almadan dünyasını dəyişdi….O, 25 iyun 2018-ci ildə vəfat edib
Sözardı: Bu mənim Seyidağa haqqında ilk yazımdır.
Baba Allahnəzərov

Hiç yorum yok:

Yorum Gönder

Pages