Şəhid MUSTAFAYEV FUAD DABİL oğlunun anım günüdür.



Fuad Mustafayev 27.10.1963-cü ildə Neftçala rayonu Xol Qarabucaq kəndində anadan olmuşdur. 
          Şəhid Fuad Mustafayev  Xol Qarabucaq kənd orta məktəbini və Sumqayıt Peşə Məktəbini bitirdikdən sonra 2 il Sovet Ordusunda xidmət etmişdir. 
          Şəhid Fuad Mustafayev Xidmətini tamamlayıb Sumqayıt tikinti idarəsində qaynaqçı kimi əmək fəaliyyətinə başlamışdır. 
          Şəhid Fuad Mustafayev  1993-cü ilin iyun ayında könüllü olaraq Milli Ordu sıralarına qoşulmuş və cəbhənin ön xəttində xidmətə yollanmışdır. Ağdamın Cavahirlər , Gülçülər , Baş Qərvənd kəndləri ətrafında gedən döyüşlərdə xüsusi igidliklər göstərmişdir. 12.05.1994-cü ildə şəhid olmuşdur.
         Şəhid Fuad Mustafayev  Xol Qarabucaq kənd məzarlığında dəfn edilib.
             Ailəli idi. 2 övladı var.       
       Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Xankəndi şəhər və Xocalı rayon şöbəsinin və Bakı Mill Televiziyası (Bakmiltv.info)saytının icracı direktoru ilham Rəsulzadə.

Hiç yorum yok:

Yorum Gönder

Pages