ŞƏHİD QANI AXMAYAN TORPAQDAN VƏTƏN OLMAZ



15.05.2024 çü il
Bu gün  Azərbaycan Vətən övladı Gəncə şəhərinin və Bütöv Azərbaycanın  QƏHRAMANI ŞƏHİD Pərviz Əbdüləhəd oğlu Səmədov. Doğum Günüdür.
 
“CƏNNƏT MÖVLUDLARI MÜBARƏK ”

Şəhid Pərviz Əbdüləhəd oğlu Səmədov (5 may 1970, Gəncə (Kirovabad) – 15 may 1992, Abdalgülablı, Ağdam rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.
 Şəhid Pərviz Əbdüləhəd oğlu Səmədov 5 may 1970-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1977–1985-ci illərdə Gəncədəki 1 saylı orta məktəbdə təhsil almışdır. 1988-ci ildə orduya çağırılır Çitada iki il xidmət etdikdən sonra isə vətənə dönür. Bir müddət burada Toxuculuq Kombinatında işləyir. Ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi Vətən övladı kimi Pərvizi də narahat edirdi. O, könüllü olaraq 22 fevral Ağdam cəbhəsinə gəlir və komandir təyin edilir.
Döyüşlərdə iştirakı ---- Şelli, Pircamal, Naxçıvanlı, Aranzəmin kəndləri uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşmuşdu. Pərviz kəşfiyyat hissəsinə başçılıq edirdi, onun sayəsində erməni əsgərlərinin onlarla zirehli texnikası, silah-sursatı aşkarlanıb məhv edilmişdi. 1992-ci il 15 may Ağdamın Gülablı kəndində dəhşətli döyüşlər gedirdi. Pərviz başda olmaqla bölüyü döyüşə atıldı ermənilər tərəfindən vurulmuş "Təcili yardım" vertolyotunun ekipajını xilas etmək mümkün oldu lakin Ermənistan Silahlı Qüvvələrinin snayper gülləsi tuş gələrək həlak olur.
Ailəsi --- Ailəli idi. Bir oğlu var.

Allah bütün Şəhidlərin Ruhunu Şad eləsin Amin !!!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyev 90 min müharibə veteranı və  “Qocalar Döyüşə Gedir” qrupu adından şəhid ailələri «Başın sağolsun Vətən» deyib Şəhid ailələrinə səbr diləyirik.
Hörmətlə:  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB)-nin Neftçala rayon şöbə sədri Mübariz Hüseynov

Hiç yorum yok:

Yorum Gönder

Pages