Şəhid Faiq Rzayevə həsr olunmuş tədbir: “Əbədi bir ömür






 13 may 2024 -cü il tarixdə 
Şəhid Faiq Rzayev adına 150 nömrəli tam orta məktəbdə “Əbədi bir ömür” adlı tədbir keçirilib. Tədbirdən öncə şəhid Faiq Rzayevin şəhidlər xiyabanında  məzarı ziyarət olunub,şəhidlər xiyabanında qəbrinin, məktəbin önündə isə  abidəsi önünə tər qərənfillər düzülüb.Sonra məktəbdə Şəhidin doğum günündə onun adına inşa edilən xatirə bulağının  və muzeyinin acılışı  olub.

Faiq Rzayevin doğum gününə həsr olunmuş tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri məktəbin direktoru Pərvanə  Səfərova açaraq məktəbin məzunu olmuş Faiq Rzayevin həyat və döyüş yolundan bəhs edib. Məktəblilər Faiq Rzayevin qısa və şərəfli ömür yolunu əks etdirən kompozisiya təqdim edib, Vətən və şəhidlərə həsr olunmuş milli ruhda şeirlər söyləyib, mahnılar ifa ediblər.
Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin müavinləri,YAP Yasamal rayon təşkilatının sədri, Bakı Şəhəri üzrə Təhsil İdarəsi Ümumi təhsilin təşkili sektorunun müdiri,şəhidin anası Ruxsarə Məmmədova,müharibə  veteranları, (müharibə əliləri və şəhid ailələri iştirak ediblər.
Mərasimdə Faiq Rzayevin həyatından bəhs edən videoçarx nümayiş olunub.
Qeyd edək ki, Faiq Hüseynağa oğlu Rzayev 1975-ci il mayın 13-də Bakıda anadan olub. Yasamal rayonu 150 nömrəli orta məktəbi bitirib. O, 1993-cü ilin mayın 14-də hərbi xidmətə gedib. Əvvəlcə daxili qoşunların “N” saylı hərbi hissəsində qulluq edən Faiq 1994-cü ilin fevral ayında səhər tezdən Fizuli rayonunun Horadiz qəsəbəsinə yola düşüb. Horadizdə qulluq edərkən cəsur əsgərlərimizdən təşkil olunmuş və Faiqin də daxil olduğu kəşfiyyat dəstəsi dəfələrlə düşmən tərəfinə keçərək uğurlu əməliyyatlar icra ediblər. Onlar oradan qiymətli məlumatlar əldə edib, qulluq etdikləri hərbi hissənin müvəffəqiyyətli döyüşləri üçün əsaslı zəmin yaradıblar. Ancaq Cəbrayıl rayonunun Çocuq Mərcanlı qəsəbəsi uğrunda gedən döyüşlərdə, kəşfiyyat zamanı Faiqin döyüşdüyü dəstə qəfildən mühasirəyə düşür. Döyüşərək mühasirədən çıxmağa çalışan dəstənin üzvləri həlak olublar. Faiq isə yaralanaraq bir gün sonra hərbçilərimiz tərəfindən mühasirədən çıxarılıb və hərbi hospitala yerləşdirilib. Vəziyyəti ağır olduğundan o, martın 21-də Bakıya Sabunçu xəstəxanasına gətirilib və xəstəxanada 5 saat qaldıqdan sonra gözlərini əbədi yumub. Faiq Rzayev öz ölümü ilə şəhidlik zirvəsinə ucalıb. Təhsil aldığı 150 nömrəli məktəbə Faiq Rzayevin adı verilib və təhsil müəssisəsinin qarşısında şəhidin büstü qoyulub.

İlham Rəsulzadə  

Hiç yorum yok:

Yorum Gönder

Pages