Bu gün Milli Qəhrəmanımızın doğum günüdür




Şükürov ailəli idi, iki övladı yadigar qalıb.

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, polis mayoru Şahlar Şükürovun doğum günüdür.

O, 17 may 1952-ci ildə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində anadan olub.

Məktəbi bitirdikdən sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olub. 1972-ci il təhsilini başa vurur və hərbi xidmətə çağırılır.

Ordudan tərxis edildikdən sonra Ucar rayonu Daxili İşlər Şöbəsində çalışır. 1986-cı ildə Rostov Ali Polis Akademiyasını bitirib. Zərdab rayonunda rəis müavini vəzifəsində çalışan Şahlar mayor rütbəsi alıb.

O, tez-tez döyüş bölgələrinə gedər, torpaqlarımızın bütövlüyü uğrunda qaynar döyüşlərə atılardı. 1990-cı il 11 iyul Tərtər-Kəlbəcər yolu ilə hərəkət edən maşın karvanı erməni işğalçılarının hücumuna məruz qaldı. Burada son nəfəsinəcən vuruşan Şahlar qəhrəmancasına həlak oldu.

Ailəli idi, iki övladı yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Şükürov Şahlar Əvəz oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Kəlbəcər rayonunun Zülfüqarlı kəndində dəfn edilib.

Zərdab rayonunda qəhrəmanımızın adına küçə var. Buradakı məktəblərdən biri onun adını daşıyır.

Hiç yorum yok:

Yorum Gönder

Pages