Təbrik:Polkovnik- leytenat Əli Əlizadə- 67




 Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunlarının həyatında  öz dəst- xətti  olan-  yüksək intellektual səviyyəsi, idarəçilik qabiliyyəti, peşəkarlığı, humanistliyi, dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti, iradı və mənəvi keyfiyyətləri ilə seçilən, Allahın verdiyi şərəfli və mənalı ömürün ən məhsuldar dövrünün  27 ( iyrimi yeddi) ildən çox şərəfli xidmət yolunu   Daxılı İşlər Nazirliyi  Daxili Qoşunlarında, 11 (on bir) ilini isə  Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına hərbi liseyində keçirmiş, Azərbaycan Respublikasının  Silahlı Qüvvələr Veteranı-istefada olan polkovnik- leytenant  Əlizadə Əli Səməd öğlunun  aprel ayının 20- də  dünyaya göz açdığı gündür.

Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan, Əli müəllimi belə bir əlamətdar gün münasibətilə Daxili işlər nazirliyi  Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,doğmaları,əzizləri,iş yoldaşları və  onun pərəstişkarları   səmimi  qəlbdən   təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər, Əli qoy yaşının üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.

Əlizadə Əli Səməd oğlu  1957- ci ilın  aprel ayının 20- də Gürcüstan Respublikasının  Bolnis rayonunun Faxral kəndində kolxozçu ailəsində  anadan olub.
1974-cü ildə Gürcüstan Respublikasının Bolnis rayonunun Faxralı kənd orta məktəbi 1975 - ci illərdə SSRİ Silahlı Qüvvələrində kiçik komandirlər məktəbi,  1978- ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Tiflis şəhərində yerləşən gizirlər məktəbi, 1985- ci ildə  isə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların LKGİ –nin 60 illiyi adına Leninqrad ali hərbi siyasi məktəbi bitirib.
 1975-  1977- ci illərdə  Sovet Ordusunda müddətli həqiqi hərbi xidmətdə taqım komandirinin müavinini olub və 1977-ci ildə çavuş rütrbəsində Silahlı Qüvvələrdən ehtiyata burxılıb.
1977-ci ildə  Bakı şəhərində » Neft-Qaz » zavodunda operator kimi əmək fəaliyyətinə başlamışdır.
1978- 1988 - ci illərdə SSRİ Daxili işlər Nazirliyinin Daxili Qoşunlarının Bakı şəhərində yerləşən Konvoy- Mühafizə Alayında nəzarətçi,  taborun komsomol bürosunun katibi,  1985- 1992 -ci illərdə SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunların  69 - cu diviziyasının Rusiya Federasiyasının Mordova Muxtar Respublikasının  Yavat şəhərində yerləşən nriqadada  böluk və tabor komandirinin tərbiyəvi işləri üzrə müavini vəzifəsində işləyib.
 1992- 1995 - ci illərdə Azərbaycan Respublikası Daxili işlər nazirliyi  Daxili Qoşunların Baş İdarəsinin Xaçmaz rayonunda (Yalama qəsəbəsində) yerləşən hərbi hissəsinin ilk hərbi hissə komandiri olub.
1996- 2003 - cü ildə Azərbaycan Respublikasının Daxili işlər mazirliyi Daxili Qoşunların Baş İdarəsinin Hacıqabul,  Nərimanov və Binəqədi rayonunlarında yerləşən hərbi hissələrində hərbi hissənin döyüş hazırlığı bölməsinin rəisi, hərbi hissə komandirinin tərbiyəvi işlər üzrə müavini, Daxili Qoşunların  Baş İdarəsinin mənəvi-pisxoloji hazırlığ şöbəsində isə baş zabit  vəzifəsində  Millətə, Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət edib.
 Əli Əlizadə 2006-  2017 ci illərdə Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına hərbi liseyində tərbiyəci- baş müəllim vəzifəsində işləyib.
 Qanunvericiliklə müəyyən olunmuş qaydada  Daxili Qoşunlara  həvalə olunmuş  vəzifələrin yerinə yetirilməsində,dövlət əhəmiyyətli obyektlərin,islah-əmək müəsissələrin,Daxili işlər nazirliyin və Daxili Qoşunların inzibatı binalarının,təchizat anbarlarının mühafizə olunmasında,şəhərdə, yaşayış  məntəqələrində və kütləvi tədbirlərin keçirilmə  yerlərində  ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında,mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,  qanunsuz silahlı birləşmiş dəstələrin axtarışındga  və zərərasizləşdirilməsində ,qəzalar,yanğınlar,bəbəxt hadisələr,təbii fəlakətlər və başqa  hərbi və  fövqalədə vəziyyət (komendat saatı) zamanı hüquqi rejimin təmin edilməsində,  dövlətin ərazi bütövlüyünün təmin plunmasında üzərinə düsən vəzifə və tapşırıqları  məsuliyyət  və şərəf hissi ilə  yerinə yetirmişdir.
Əli Əlizadə Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
 Əli Səməd oğlu Əlizadə Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməsi, Hərbi Andın,  hərbi və daxili  qoşunların döyüş xidməti  nizamnamələrin və digər hüquqi- normativ aktların  tələblərinin dəqiq və sözsüz  yerinə yetirilməsi işində şəxsi nümunəsi ilə  öz tabeliyində olanlara və   bir çox  hərbi qulluqçulara şəxsi nümünə olmuş və onları fədakar hərbi xidmətə ruhlandırmışdır.
 Hərbi və ictimai  vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə,döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi  xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, alı hərbi məktəb rəisinin və hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə  əlacı və yubiley döş nişanları ilə, pul mükafatları ilə,bir çox  fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Hərbi xidməti vəzifə borclarını yerinə yetirərkən göstərdiyi rəşadətə, döyüş hazırlığı və döyüş xidməti göstəricilərə, Azərbaycan Dövləti və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunları  qarşısında  xidmətlərinə görə  SSRİ Ali Soveti və Azərbaycan Respublikasının  Prezidenti adından, Daxili İşlər Nazirinin müvafiq əmri ilə “Azərbaycan Respubilkasının Silahlı Qüvvələr Veteranı”, “Qüsursuz xidmətə görə 1-ci,  2-ci və 3- cü dərəcəli, “SSRİ Silahlı Qüvvələrinin 70- illiyi (1918-1988)”, “Azərbaycan Silahlı Qüvvələrinin  10 illiyi (1991-2001),  “Rusiya Federasiyasının    Daxili işlər Nşnazirliyinin Daxili Qoşunların LKGİ- nin   60 illiyi adına ali  hərbi  siyasi məktəbin isə  70 -illiyi  yubiley  medalları ilə  təltif olnub.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ƏLİ MÜƏLLİM!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Azərbaycan Respublikasının  Silahlı Qüvvələr və  Müharibə  Veteranı polkovnik Salman Musayev



Hiç yorum yok:

Yorum Gönder

Pages