İnsan üçün ən yadda qalan günlərdən başlıcası onun həyata gəldiyi gündür. Ömürə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur. Belə insanlardan biri də yüksək peşəkarlığı humanistliyi, işgüzarlığı ,iradı, mənəvi keyfiyyəti, dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti, təvözakarlığı və vətənpərvərliyi ilə seçilən, Allahın verdiyi mənalı və şərəfli ömrünün 20 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə kecirmiş polkovnik — leytenant Əliyev Sahil Asəf oğlunun aprel ayının 24 -də onun dünyaya göz acdığı gündür.
Daimi həyatın bütün imkanlarından alınıaçıq və üzüağ çıxan, polkovnik- leytenant Sahil Əliyevi doğum günü münasibətilə Daxili işlər nazirliyi Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, əzizləri, yaxınlarl və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu
edib deyirlər, Sahil qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.
Əliyev Sahil Asəf oğlu 1981 -ci ilin aprel ayının 24 də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonun Üstüpü kəndində zəhmətkeş ailədə anadan olub.
1998 -ci ildə Naxçıvan Müxtar Respublikasının Ordubad rayonun Üstüpü kənd orta məktəbi, 2002 -ci ildə Heydər Əliyev Adına Azərbaycan Ali hərbi məktəbi , 2003 -cü ildə isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Xəzər rayonunda yerləşən Məktəbdə zabitlərin ixtisas artırma kursunu bitrib. O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxil Qoşunların Baş İdarəsində və hərbi hissələrdə keçirilən bir çox metodiki təlim toplanışlarda, müvafiq kurslarda, xüsusi taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.
2002 -2018 -ci illərdə Naxçıvan Muxtar Respublikasınında və Zaqatala rayonunda yerləşən Əlahiddə Birqadada və Əməliyyat alayında taqım komandiri,Minbatareya komandiri, böluk komandiri, əməliyyat tabor qərargahının və xüsusi vasitələrin tətbiqi dəstə qərargahnın rəisi, əməliyyat tabor komandiri vəzifələrində Nillətə, Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət edib.
Sahil Əliyev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın, hərbi və daxili qoşunlarım döyüş hxidməti nizamnamələrin və digər hüquqi- normativ aktların tələblərinə, eləcə də vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir çox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.
Azərbaycan Respublikasında şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda,yaşayış məntəqələlərində ixtşaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində ,” hərbi və fövqaladə vəziyət zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin,qəzaları nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının və onun müavinlərinin, məktəb rəisinin və hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley nisanları ilə, pul mükafatları ilə, bir cox fəxri fərmanlarla və qiymətli hediyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Səmərəli və məqsədyönlü fəaliyyəti ilə fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə «Qüsursuz xodmətə görə» 1 -ci, 2-ci və 3-cü dərəcəli, «Silahlı Qüvvələrin yaranmasının isə 10 -iliyi, 90 -illiyi və 95 -iliyi yubiley medallları ilə təltif olunub.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların yaradılmasının 25 -ci ildönümü ilə əlaqədar olaraq, dövlətin ərazi bütövlüyünün təmin edilməsində iştirak etdiyinə, döyüş zamanı igidlik göstərdiyinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidentinin 10 mart 2017 ci il tarixli Sərəncamı ilə «Hərbi xidmətlrə görə» medalı ilə təltif edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, SAHİL!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respbibilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder