Təbrik: Mayor Valeh Babayev - 66




İşgüzarlığı, yüksək intellektual səviyyəsi , idarəçilik, iradi, mənəvi keyfiyyəti və  qabiliyyəti ilə seçilən, Müharibə Veteranı -istefada  olan  mayor Babayev Valeh Məhəmməd oğlunun   aprel ayının 24 də onun dünyaya göz acdığı  gündür.

    Daimi həyatın bütün  imtahanlarından alnıaçıq və üzüağ çıxan, Müharibə Veteranı- istefada olan mayor  Babayev Valeh Məhəmməd oğlunu  doğum günü münasibətilə Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunların ehtiyatda və istefada  olan zabitləri, doğmaları,əzizləri, döyüş və  yoıdaşları  səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər, Valeh qoy  yaşının üstə gələn bu yaş sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək  şəkildə keçsin.

Babayev Valeh Məhəmməd oğlu 1958- ci illin aprel ayının 24 -də Azərbaycan respublikasının Şamaxı rayonunda zəhmətkeş ailədə anadan olub.
 1975 -ci ildə  Azərbaycan Respublikasının  Ağsu ayonunda  orta məktəbi, 1984- cü ildə Azərbaycan Politexnik İnstitutunun Avtomobil və Nəqliyyat fakultəsini bitirib. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində   Daxili Qoşunların  Baş idarəsində və hərbi hissələrində keçirilən bir çox metodiki -təlim toplanışlarda, hərbi və  xüsusi taktiki təlimlərdə seminar və konfranslarda fəal iştirak edib.
   1976 - cı ildə Rusiya Sovet Federativ Sosialist  Respublikasının  Murmansk vilayətinin Severomorski  şəhərində yerləşən tədris alayların birində    kiçik kamandirlər hazırlyan kursu bitrib.
1976 -1978 -ci illərdə  Rusiya Sovet  Sosialist Respublikasının Murmansk Vilayətinin Severomorski, Arxangelski Vilayətinin  i? Severobivinski şəhərlərində yerləşən hərbi hissələrin birində müddətlı həqiqi hərbi xidmətdə  (manqa komandiri və taqım komandirinin müavinini vəzifəsində, starşina rütbəsində) olub.
1984 - 1988 -ci illərdə Bakı Tramvay və Trolleybus  Parkında usta,  mühəndis, sex rəisi və direktor müavini,  1989  — 1992- ci illərdə isə  Bakı Avtobus bazasının direktoru vəzifəsində  işləyib.
  1992- 1997-ci illərdə  Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin  Nizami, Nərimanov,Binəqədi və Xəzər  rayonlarında (Xaçmaz rayonunun Yalama qəsəbəsində) yerləşən hərbi hissələrində   hərbi hissə komandirinin Silah və Texnika xidmətləri üzrə müavini,  Daxili Qoşunların Bas İdarəsinin Avtomobil şöbəsində   zorehli texnika xidmət rəisi  vəzifələrində Millətə, Vətənə , Dövlətə və Xalqa sədaqətlə  xidmət edib.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın,  hərbi və daxili qoşunların döyüş xudməti nizamnamələrin və digər hüquqi- normativ aktların  tələblərinə, eləcə də vəzifə borclarının icrasına məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə   yetirilməsi   üçün   öz   əməyini  əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir çox  hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.
     Azərbaycan Respublikasında şəhərdə,yaşayış  məntəqələrində  və kütləvi tədbirlərin keçirilmə yerlərində  ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında, yaşayış məntəqələrində və cəzacəkmə müəssisələrində  kütləvi  iğtişaşların qarşısının alınmasında,  mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,  qanunsuz silahlı birləşmiş dəstələrin axtarışında  və zərərsizləşdirilməsində , hərbi və fövqəladə vəziyyət (komendat saatı)  zamanı hüquqi rejimin təmin edilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düsən vəzifə və tapşırıqları  məsuliyyət  və şərəf hissi ilə  yerinə yetirmişdir.

   Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal  iştirak edib. Müharibə veteranıdır.
     Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi  xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə  əlacı və yubiley döş  nişanları ilə, pul mükafatları ilə, bir çox  fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, VALEH!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Azərbaycan Respublikasının Silahlı Qüvvələr  Və Müharibə Veterani  polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages