Ramiz Rövşənin söz boxçasından:




Nə çoxdu kefimə soğan doğruyan,
Kefimdən xörəkmi bişirəcəklər?
Mən axı nə şaham, nə şah oğluyam,
Məni hansı taxtdan düşürəcəklər?!

Məni saymayanı mən də saymadım,
Artdı gündən-günə saymadıqlarım.
Sən mənim başıma ağıl qoymadın,
Onların başına ağıl qoy barı.

Məni saymayanlar axmaqdı, axmaq,
Onlar nə bilir ki, axı kiməm mən?
Məni saymayanlar bir vaxt sayacaq,
Onda görəcəklər, bir yox, minəm mən!..

Ramiz Rövşənin 1971-ci ildə, hələ 25 yaşında ikən yazdığı şeiri…

Qeyd:bu şeiri Günel Aslanlı adlı bir ziyalının səhifəsindən götürdüm. Təşəkkür edirəm.

Hörmətlə,
Şamil Sabiroğlu, jurnalist.
Bakı, 16.04.2024.

Hiç yorum yok:

Yorum Gönder

Pages