Kaskadyor Əhməd Cəfərovun doğum günüdür.



Əhməd Cəfərov
Doğum tarixi: 18.04.1980
Əhməd Həsənağa oğlu Cəfərov Bakıda anadan olub. Türkiyədə ərəb-fars dilləri üzrə təhsil alıb. Uşaq yaşlarından filmlərin sınaq çəkilişlərində iştirak edib, kinoya olan marağı da məhz uşaqlıq illərinə təsadüf edir. Filmlərdə kaskadyor, aktyor kimi çəkilir. Xarici film istehsalçılarının “Dronqo” (2002, rejissor Zinoviy Royzman / Rusiya), “Qraf Krestovski” (2004, rejissor Ramiz Fətəliyev / Rusiya), “Biz sizə müharibə elan edirik” (2010, rejissor İqor Xolodkov / Rusiya) seriallarında kaskadyor kimi çalışıb. Azərbaycan Kaskadyorlar Assosiasiyasının üzvüdür. Müəllimi Əli Məmmədovla birgə çalışır.

Filmoqrafiya:
Bir anın həqiqəti (2003, bədii serial) – kaskadyor, aktyor (Afiyəddin Cəlilovun sürücüsü, əməliyyatçı)
Arxada qalmış gələcək (2004, tammetrajlı bədii film) – kaskadyor
Məşədi İbad 94 (2005, tammetrajlı bədii film) – kaskadyor
Qafqaz (2006, tammetrajlı bədii film) – kaskadyor
Sirat körpüsü (2007, tammetrajlı bədii film) – kaskadyor
Cavd xan (2008, tammetrajlı bədii film) – kaskadyor
Ci-Mi (2008, tammetrajlı bədii film) – kaskadyor
Qarabağdır Azərbaycan (2009, qısametrajlı bədii film) – kaskadyor
Əlavə təsir (2010, tammetrajlı bədii film) – kaskadyor
Ondan yaxşı qardaş yox idi (2010, tammetrajlı bədii film) – kaskadyor
Sahə (2010, tammetrajlı bədii film) – kaskadyor
İlahi məxluq (2011, tammetrajlı bədii film) – kaskadyor
Tərsinə çevrilmiş dünya (2011, tammetrajlı bədii film) – kaskadyor
Vəkil hanı? (2011, tammetrajlı bədii film) – kaskadyor
Dolu (2012, tammetrajlı bədii film) – kaskadyor
Döngələr (2012, bədii serial) – aktyor, kaskadyor
Qaranlıqlar çiçəyi (2012, bədii serial) – aktyor
Bir kəndin sevinci (2012-2013, bədii serial) – kaskadyor
Həyat varsa... (2012-2014, bədii serial) – kaskadyor
Kabusun kölgəsində (2013, bədii serial) – kaskadyor
Muradına çatan günəş (2013, bədii serial) – kaskadyor
Çaqqal nəfəsi (2013-2014, bədii serial) – kaskadyor
Qanun naminə (II) (2014, bədii serial) – kaskadyor
Qisas (II) (2014, bədii serial) – kaskadyor
4.1 Şəhər motivləri – Yuxarıda və aşağıda (2015, tammetrajlı bədii film, kinoalmanax) - kaskadyor
4.1 Şəhər motivləri – Zabit şərəfi (2015, tammetrajlı bədii film, kinoalmanax) - kaskadyor
Bağışla, gələ bilmədim (2015, qısametrajlı bədii film) – kaskadyor
Cəhd (2015, qısametrajlı bədii film) – kaskadyor
Dərs (2015, tammetrajlı bədii film) – kaskadyor
Miras (IV) (2015, bədii serial) – kaskadyor
Yarımçıq xatirələr (2015, tammetrajlı bədii film) – kaskadyor
Axırıncı yol (2016, tammetrajlı bədii film) – kaskadyor
İçəri şəhər (III) (2016, tammetrajlı bədii film) – kaskadyor
Məryəm (II) (2016-2017, bədii serial) – kaskadyor
Bayram axşamı (2017, tammetrajlı bədii film) – kaskadyor
Qız qaçırtma (2017, tammetrajlı bədii film) – kaskadyor
Niyə? (2017, tammetrajlı bədii film) – kaskadyor
Ağ tük (2018, tammetrajlı bədii film) – kaskadyor
Bir xalanın sirri (2018, tammetrajlı bədii film) – kaskadyor
Xocalı yol gözləyir (2020, tammetrajlı bədii film) – kaskadyor

Hiç yorum yok:

Yorum Gönder

Pages