Təbrik:Mayor -Çingiz Mustafayev- 56



İnsan üçün ən yaddaqalan günlərdən başlıcası onun həyata gəldiyi gündür. Ömürə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur. Belə insanlardan biri də yüksək peşəkarlığ, prinsiplərinə sadəliyi, humanistliyi,xeyirxahlığı,iradı, işgüzarlığı, mənəvi keyfiyyəti, təmkinliyi, dəqiqliyi,səmiyyəti, və ən əsası vətənpərvərliyi ilə seçilən ömrünün 23 ildən çoxnu Azərbaycan Ordusunda  və Daxili işlər nazirliyi Daxili Qoşunlarda hərbi xifmətdə  keçirmiş- istefada olan mayor  Mustafayev Çingiz  Nərman  oğludur. Mart ayının 11-da onun dünyaya göz acdığı gündür.


Daimi həyatın bütün cətinliklərindən alını açıq və üzüağ çıxan-istefada olan mayor Mustafayev Çingiz  Nərman  oğlunu doğum günü münasibətilə  Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, əzizləri,yaxın qohumları və iş yolsaşları  səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, ailə səadəti və həyat yollarında bitib tükənməyən nailiyyətlər arzu edib deyirlər, Çingiz qoy yaşının üstə gələn bu yaş  da sizə  sevinc dolu günlər bəxş etsin,hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin. 


mayor Mustafayev Çingiz Nərman  oğlu 11   mart 1968 -ci ildə Gədəbəy rayonunda zəhmətkeş ailədə  anadan olub.

1985-ci ildə  Gədəbəy rayon   orta məktəbi, 1996-ci ildə Azərbaycan Pedoqoji Universitetin      hərbi hazırlıq və fiziki tərbiyə  fakultəsini bitirib.

 Çingiz Nərman oğlu  Mustafayev  1986- 1989-ci illərdə Sovet ordusunda  xidmət edib.

1996-2003-cü illərdə  Azərbaycan ordusunda, 2004-2019 -cu  illərdə isə Daxili Qoşunların hərbi hissələində müxtəlif vəzifələrdə Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.Azərbaycan Respublikasının 03.10.1997-co  tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkecmə haqqında” Əsasnamənin “b” bəndinə əsasən  2019-cu    ilin avqust ayının 17-dən yaşa (hərbi xidmətdə  olmağın  son   yaş həddinə çatdığna) görə  Din-in Daxili Qoşunlardan (döyuş hazırlığ bölməsində idman və  fiziki hazırlıq rəisi vəzifəsindən)  ehtiyata  buraxlıb.Hal-hazırda  Abşoron-Xızı Regional Təhsil idarəsinin Abşaron rayon Xırdalan şəhər  4 nömrəli tam orta məktəbdə hərbi rəhbər vəzifəsində işləyir 

Çingiz Mustafayev Azərbaycan Ordusunda  və Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində  ölkəmizdə və xarici ölkələrdə müvafiq ixtisasartırma   və təhkimləşdirmə kurslarında olub, bir çox təlim- metodiki  toplanışlarda, hərbi  və xüsusi taktiki  təlimlərdə, nümunəvi göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak edib 

Çingiz Mystafatev Azərbaycan  Ordusunda  və Din-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, istərsə də xidmət etdiyi və işlədiyi kollektiv heyətində böyük rəğbət qazanmışdır.

Qanunverciliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara həvalə olunmuş vəzifə və tapşrıqların yerinə yetirilməsində, hüquq mühafizə orqanlarının, hərbi şəhərcikərin,hərbi təchizat anbarların və hərbi yüklərin mühafizə olunmasında,şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində  ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında və təmin edilməsində,  yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, qəzalar, yanğınlar, bədbəxt hadisələr, təbii fəlakətlər və başqa fövqaləda vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.

Öz  xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə , döyüş və ictimai siyasi hazırlığında,idman yarışlarında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili işlər nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, korpus və  hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə  əlacı və yubiley  döş nişanları ilə təltif olunub, pul mükafatları ilə, bir cox  fərmanlarla,diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandırılıb və ona təşəkkür elan edilib.

Çingiz Nərman oğlu Mustafayev  Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andı, hərbi və daxili qoşunların döyüş  xidməti nizamnamələrin və digər hüquqi normativ aktların tələblərinə, eləcədə vəzifə borclarının icrasına məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir çox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.


 Mayor Çingiz Nərman oğlu Mustafayev döyüş hazırlığındakı əla göstəricilərə, təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində, döyüş növbəsində, xüsusi fərqləndiyinə, fədakarlıq və şücaət göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili işlər nazirinin müvafiq əmrləri ilə » Qüsursuz xidmətə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medallarla, Silahlı Qüvvələrin  isə  90 illiyi və 95 illiyi
yubiley medalları ilə təltif edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ÇİNGİZ!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!


Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə 

Veteranı polkovnik Salman Musayev


 

Hiç yorum yok:

Yorum Gönder

Pages