Şəhid polkovnik- leytenat Rəşad Hüseynov yaşasaydı 44 yaşı olacaqdı



Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunların həyatında öz dəsti- xətti  və xüsusi xidmətləri olmuş, yüksək hərbi peşəkarlığı  humanistliyi,iradı,dəqiqliyi,təmkinliyi,səmimiyyəti, işgüzarlığı, mənəvi keyfiyyəti,

prinsiplərinə sadəliyi və vətənpərvərliyi ilə seçilən,daimi həyatın bütün cətinliklərindən alınıaçıq və üzüağçıxan  ömrünün ən  məhsuldar dövrünü  hərbi xidmətdə şərəflə   keçirmiş, Şəhid polkovnik leytenat  Hüseynov  Rəşad Rəhim oğlu əgər yaşasaydı  mart ayının 10 -da 44 yaşı tamam olacaqdl.



Vətənə  müqəddəs borcunu şərəflə yerinə yetirmiş polkovnik leytenat Rəşad Hüseynov  2023-cü illin  sentyabr  ayının 19-20 tarixlərində Qarabağ iqsadi zonasında Antiterror  tədbirləri zamanı  əbədi şəhidlik zirvəsinə  ucalmışdır.


 


Polkovnik leytenat Hüseynov  Rəşad  Rəhim oğlu 1980 -ci ilin mart ayının 10 -da  Əli-bayramlı (indiki Şirvan) şəhərində zəhmətkeş ailədə anadan olmuşdur .

Rəşad  Hüseynov 1995-ci ildə Əli-bayramlı (indiki Şirvan) şəhərində  orta məktəbin 8-ci sinifini,1998-ci ildə Cəmşid Naxcvanski adına Hərbi Liseyi,  2002- ci ildə Azərbaycan  Ali Hərbi Məktəbi (indiki Heydər Əliyev adına Hərbi  İnstitutu) 2003-cü ildə isə Daxili işlər Nazirliyi (Dun-in) Daxili Qoşunlarının Xəzər rayonunda yerləşən təlim- tədris mərkəzində zabitlərin ixtisas kursunu bitrmişdir. Rəşad Hüseynov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş idarəsində, hərbi hissələrində  keçirilən  kuruslarda, hərbi  və xüsusi -taktiki təlimlərdə, təlim -metodiki toplanışlarda, seminar və konfranslarda fəal iştirak etmişdir.

Rəşad Hüseynov   2003- 2023-ci illərdə Daxili işlər nazirliyi Daxili Qoşunların Quba,Bərdə,Zakatala rayonlarında   və Gəncə şəhərində yerləşən hərbi  hissələrdə  taqım komandiri, böluk komandirinin tərbiyəvi işləri üzrə müavini, bölük komandiri, qərargah rəisinin   döyüş təlimi üzrə müavini, tabor komandirinin  müavini-qərargah rəisi,tabor komandiri, və xüsusi  vasitələrin tətbiqi dəstənin komandiri vəzifəsində   Vətənə  və xalqa sədaqətlə xidmət edərək ona  göstərlən ehtimadı  layıqincə  doğrultmuşdur.

Rəşad Hüseynov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, saxavətli, insapərvər, əliacıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kolektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

Şəhid polkovnik leytenat Rəşad  Hüseynov Daxili işlər nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməsi, Hərbi Andin,  hərbi  və  daxili qoşunların döyüş xidməti nizamələrinin   tələblərinin dəqiq və sözsüz  yerinə yetirilməsi  işində, şəxsi nümunəsi ilə  bir cox  hərbi qulluqçulara və öz tabeliyində olanlara şəxsi nümünə olmuşdur.


Qanunvericiliklə müəyyən olunmuş qaydada, Daxili Qoşunlara  həvalə olunmuş vəzifə və  tapşırıqların yerinə yetirilməsində,inzibatı binaların, hərb şəhərciklərin və təchizat anbarların mühafizəsində, şəhərdə, yaşayış məntəqələrində, kütləvi tədbirlərin keçirilmə yerlərində eləcə də işğaldan azad olunmuş  ərazilərdə    ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda,  yaşayış məntəqələrində kütləvi ixtşaşların qarşlsının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də,  qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,fövqaladə  vəziyyət zamanı hüquqi rejimin  təmin  olunmasında ,baş vermiş  qəzaların ,bədbəxt hadisələrin və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında,koronavirus pandemiyası ilə əlaqədar karantin  rejiminin təmin olunmasında,  dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları yüksək səviyyədə məsuliyyət və  şərəf hissi ilə yerınə yetirmişdir.

Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş  keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunların Komandanın və onun müavinlərinin, Ali Hərbi Məktəb və Cəmşid Naxcvanski  adına Hərbi Lisey  rəisinin, hərbi hissə komandirinin  müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı,  yubley və idman dərəcəsi döş nisanları ilə təltif olunmuş, bir çox diplomlarla, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlmış və ona təşəkkür elan edilmişdir.


Döyüş hazırlığındakı əla göstəricilərə görə , təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində, döyüş növbəsində   xüsusi fəriqləndiyinə ,şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının prezidenti adından “Hərbi xidmətdə fəriqləndiyinə görə” 3-cü dərəcəli, “Qüsursuz xidmətə görə” 1ci, 2-ci və 3-cü dərəcəli, “Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin” isə  90 və 95 iliyi yubiley medaları təltif edilib.

Vətən uğrunda  qəhranmacasına  həlak olmuş, Rəşad kimi, igid övladlarmızın  əziz xatirəsi  qədirbilən xalqmızın  qəlbində əbədi yaşayaçaq, Allah bütün Şəhidlərmizə  rəhmət eləsin.


 Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və  Müharibə Veteranı  polkovnik Salman Musayev



Hiç yorum yok:

Yorum Gönder

Pages