Təbrik: Mayor Eldar Yahyaev-59




   İnsan üçün ən yadda qalan günlərdən başlıcası onun həyata gəldiyi gündür. Ömürə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur. Belə insanlardan biri də  peşəkarlığı və  humanistliyi seçilən,  ömrünün ən məhsuldar dövrünün   22 ildən çox  şərəfli və mənalı  xidmət yolunu  hərbi xidmətdə  keçirmiş - ehtiyatda olan mayor Yəhyayev Eldar Oruc oğlunun  aprel ayının 1- də dünyaya göz acdığı gündür.

Daimi həyatın bütün cətinliklərindən  alını açıq və üzüağ çıxan-istefada olan mayor Yəhyayev Eldar Oruc oğlunu doğum günü münasibətilə Daxili  işlər nazirliyi Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,əzizləri,doğmaları,iş və döyüş  yoldaşları  səmimi qəlbdən təbrik edir, səbəbkara  həyatda insan üçün ən şirin  nemət olan möhkəm cansağlığı, ailə səadəti  və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər, Eldar qoy yaşının üstə gələn bu yaş da  sizə  sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun səni xoşbəxt edəcək şəkildə keçsin. 


1965 ci ilin aprel ayının 1- də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Aşağı Aza kəndində zəhmətkeş ailədə anadan olub.

 1982 -ci ildə Ordubad şəhər M.Füzuli adına internat məktəbini, 1992- ci ildə  Minsk şəhərində Poltexnik İnstitutunu bitrib.    Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş idarəsində və hərbi hissələrində  keçirilən müvafiq ixtisasartırma kurslarda,   bir çox təlim- metodiki  toplanışlarında,hərbi və xüsusi taktiki   təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.

 1983- 1985 -ci illərdə  Sovet ordusunun  Türkmənistan Respublikasının  Mari şəhərində yerləşən  Hərbi Hava Qüvvələrində  müddətli həqiqi hərbi xidmət olub.

      1995 — 2015 ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə  hərbi hissədə avtomobil və zirehli texnika  xidməti üzrə texniki- nəzarət məntəqəsinin rəisi,  avtomobil zirehli texnika xidməti rəisi vəzifələrində Millətə, Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.

  Eldar Yahyayev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

  Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın,  hərbi nizamnamələrin və digər hüquqi- normativ aktların  tələblərinə, eləcə də vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir cox  hərbi qulluqçular fədakar hərbi xidmətə ruhlandırmışdır.

 Qanunvericiliklə müəyyən olunmuş  qaydada Daxili işlər nazirliyi Daxili Qoşunlarına həvalə olunmuş vəzifə və tapşırıqların  yerinə yetirilməsində, səhərdə, yaşayış məntəqələrində və kütləvi  tədbirlərin  keçirilmə yerlərində    ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsində,  yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qəzalar,yanğınlar,bədbəxt hadisələr, təbii fəlakətlər və başqa  fövqalədə vəziyyət zamanı hüquqi rejimin təmin edilməsində  üzərinə düsən vəzifə və tapşırıqları şərəflə yerinə yetirmişdir.

Hərbı xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi  xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacl  və yubiley nişanları ilə təltif olunub, bir çox  fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

Döyüş hazırlığındakı əla göstəricilərə, eləcə də  təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində və döyüş növbəsində xüsusi fəriqləndiyinə, şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirinin müvafiq əmrləri ilə  «Qüsursuz xidmətə görə » 1-ci, 2-ci və 3-cü dərəcəli,«Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin» isə 10-iliyi  (1991-2001), 90-illiyi  (1918-2008) və 95-illiyi (1918-2013) yubiley  medallarl ilə təltif olunub.

 DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ELDAR!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!


HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


Azərbaycan Respublikasının  Silahlı Qüvvələr və  Müharibə Veterani  polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages