31 mart Azərbaycanın Milli Qəhrəmanı Fəxrəddin Vəliyəddin oğlu Nəcəfovun ad günüdür


 

Nəcəfov Fəxrəddin Vəliyyədin oğlu 1967-ci il martın 31-də Yevlax rayonunda  zəhmətkeş ailədə  anadan olub. 

Fəxrəddin 1984-cü ildə  Yevlax rayonunun Yeldili kənd orta məktəbi bitirdikdən sonra Bakı Çini Qablar Zavodunda əmək fəaliyyətinə başlayıb. Bir ildən sonra Fəxrəddin hərbi xidmətə çağrılır. O, 1987-ci ildə Arxangelsk vilayətində ordudan tərxis olunaraq, Vətənə qayıdıqdan sonra Daxili işlər nazirliyin Bakı şəhər 2 nömrəli  yanğınsöndürmə bölməsində  xidmət edir.Bir müddət Bakı şəhər 2 nömrəli  yanğınsöndürmə bölməsində xidmət etdikdən sonra   Daxili işlər Nazirliyin  Xarkov Ali  Yanğın-söndürmə  texniki məktəbinə göndərilir.Ali təhsilini baş vurduqdan  sonra gənç mütəxəsis kimi   Daxili işlər nazirliyin 14 nömrəli  yanğınsöndürmə  bölməsində əmək fəaliyyətini  davam etdirir.

1991-ci ildə Ermənistan Silahlı qüvvələrinin Azərbaycana qarşı təcavüzü güclənirdi. Torpaqlarımızın bütövlüyü və toxunulmazlığı uğurunda gedən döyüşlərdə əsgər və zabitlərimiz qəhrəmancasına vuruşurdular. 

Həmin ilin oktyabrında Fəxrəddin də hər bir cəsur vətəndaş kimi könüllü olaraq Goranboy cəbhəsində fəal iştirak edir. Todan və Buzluq kəndlərinin düşməndən təmizlənməsində yaxından iştirak edir. O,ilk dəfə olaraq ermənilərin vəhşiliklərini burada görmüşdür. Goranboy döyüşlərindən sonra erməni faşistlərindən intiqam almaq hissi daha da alovlandı və bu hiss onu 1992-ci ilin mart ayında Azərbaycan Respubilkasının Daxili işlər nazirinin və Daxili Qoşunlar komandanın  müvafiq əmrləri ilə Din-in  Daxili  Qoşunların hərbi hissələrin birində zabit vəzifəsinə təyin olunur. 1992-ci illin  İyun ayının əvvələrində Fəxrəddin Ağdam  cəbhəsinə yola düşür.  Bir neçə qanlı döyüşdə iştirak edir. Döyüşlərin birində ayağından yaralanır. 10 gün Ağdam hərbi hospitalında müalicə olunduqdan sonra yenidən döyüş dostlarının yanına qayıdır. 

Döyüşlərin qızğın çağında Fəxrəddinin başçılıq etdiyi bölüyə çətin döyüş tapşırığı verilir. Təyyarəçimiz katapultla maşından ayrılaraq düşmənin nəzarət etdiyi əraziyə düşmüşdü. Nəyin bahasına olursa- olsun təyyarəçi azad edilməli, düşmən əlinə keçməməlidi. Bu tapşırığı alan Fəxrəddin öz igid döyüşçüləri ilə əməliyyata başlaylr Düşmən nəzarətində olan ərazinin 25 km-ə qədər irələyirlər. Yaralı təyyarəçini tapıb geri dönərkən Canyataq kəndində düşmən mühasirəsinə düşürlər. Üç gün gecə-gündüz vuruşduqdan sonra  Mühasirəni yararaq təyyarəçini sağ-salamat hərbi hospital çatdırdılar. Bu əməliyyatı uğurla yerinə yetirdiyinə görə Fəxrəddinə  həvəsləndurmə  qaydasında   pul mükafatı və vaxtından əvvəl  baş leytenant hərbi  rütbəsi verilir. Döyüşlərin birində Fəxrəddin ağır yaralanır. 20 gün Bakıda hərbi qospitalda müalicə olunur.Bədəninindəki yaralar hələ tam sağalmamış cəbhəyə yola düşür.

Baş leytenat Fəxrəddin Nəcəfovun şəxsi döyüş hesabında düşmənin bir ədəd T-72 tankının, iki PDM-nin, onlarca əsgərin məhv edildiyi yazılıb.

Onun rəhbərlik etdiyi bölük Çıldıran kəndinin düşməndən azad edilməsində böyük şücaət göstərib.O, 1992-ci il sentyabrın 4-də Ağdərə rayonunda   gedən kəşfiyyat dəstəsinə rəhbərlik edirdi. Düşmən bu əməliyyatdan duyuq düşür. Erməni faşistləri dəstənin üzvlərini atəşə tuturlar. Yaralanmış əsgərinə kömək etmək istəyəndə Fəxrəddin amansız düşmən gülləsinə tuş gəlir. Döyüşçü dostları onu döyüş meydanından çıxara bilirlər.

Azərbaycan Resbublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı fərmanı ilə Nəcəfov Fəxrəddin Vəliyəddin oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib. Bakı şəhərində  Şəhidlər Xiyabanında dəfn olunub. 
Nəsimi rayonundakı 266 saylı orta məktəb qəhrəmanın adını daşıyır.

Məktəbin həyətində büstü qoyulub.

Xalqmız belə igid  oğulların əkslərini  ürəklərinə  köcürür,qan yaddaşlarına yazırlar. Bəli Fəxrəddin ölməyib, şəhid olub (dünyasını dəyişib), əbədiyyətə qovşub.Qəhramanımız əzizlərinin, doğmalarının, tanışlarının, iş və döyüş  yoldaşlarının ürəyində yaşayaçaq.

  

Allah rəhmət eləsin!

Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə  Veteranı polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages