Məmmədsadıq Nuriyevin ad günüdür.




Məmmədsadıq Qafar oğlu Nuriyev Bakının Sovetski adlanan dağüstü məhəlləsində anadan olub. Bədəl bəy Bədəlbəyovun məktəbində, Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Teatr Məktəbinin aktyorluq fakültəsində (1935-1937) təhsil alıb. Teatr Məktəbində oxuyarkan birinci kursun əvvələrində Milli Dram Teatrının tamaşalarında çıxış edib. 1938-ci ildə rejissor Ağaəli Dadaşovun hazırladığı "Vətən namusu" (Georgi Mdivani) tamaşasında uşaq rolunu oynayıb. Teatr məktəbindən məzun olduqdan sonra göndərişlə Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrına gedib (1937-1946). Daha sonra Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında (1946-1950), Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki musiqili komediya estrada ansamblında (1950-1956), Azərbaycan Dövlət Musiqili Teatrında (1956-1975), az müddət Milli Dram Teatrında çalışıb. Səhnə dostları arasında "Vücud" ləqəbi ilə tanınıb. Məmmədsadıq Nuriyev 1975-ci ildə vəfat edib.
Aktyor Məmmədsadıq Nuriyev aktyor Yaşar Nurinin atasıdır.

Filmoqrafiya:
O olmasın, bu olsun (1956, tammetrajlı bədii film) – aktyor (bazardakı adam)
Koroğlu (1960, tammetrajlı bədii film) – aktyor (kosa Səfər)
Böyük dayaq (1962, tammetrajlı bədii film) – aktyor (kababçı)
Əhməd haradadır? (1963, tammetrajlı bədii film) – aktyor (fəhlə Əhməd)
Sehrli xalat (1964, tammetrajlı bədii film) – aktyor (tacir)
Ulduz (1964, tammetrajlı bədii film) – aktyor (Bayram)
İyirmialtılar (1966, tammetrajlı bədii film) – filmi səsləndirən
Sən niyə susursan? (1966, tammetrajlı bədii film) – aktyor (arıq)
Poçt qutusu (II) (1967, qısametrajlı bədii film) – aktyor (kəndli)
Qanun naminə (1968, tammetrajlı bədii film) – aktyor (Sərrafzadə)
Uşaqlığın son gecəsi (1968, tammetrajlı bədii film) – aktyor (Davud)
Bizim Cəbiş müəllim (1969, tammetrajlı bədii film) – filmi səsləndirən (qaçqın)
General (1970, qısametrajlı bədii film) – aktyor
Sevil (II) (1970, tammetrajlı bədii film) – aktyor (Məmmədəli bəy)
Yeddi oğul istərəm (1970, tammetrajlı bədii film) – aktyor (kosa)
Axırıncı aşırım (1971, tammetrajlı bədii film) – aktyor (kəndli)
1001-ci qastrol (1974, tammetrajlı bədii film) - aktyor 
Aktrisanın təbəssümü (1974, tammetrajlı film-tamaşa) – aktyor (Əli)
Tütək səsi (1976, tammetrajlı bədii film) – aktyor (Səlim)

Hiç yorum yok:

Yorum Gönder

Pages