Təbrik: Baş-leytenat Füzuli Rəsulov


Yüksək peşəkarlığı, dərin zəkası,  vətənpərvərliyi,  gözəl nitq qabiliyyəti, iradı, mənəvi keyfiyyəti, dəqiqliyi, sadəliyi, insanpərvərliyi və səmimiyyəti   ilə seçilən,ehtiyatda olan baş leytenat Rəsulov Füzuli Məmməd oğlunun  fevral  ayının 11- də  dünyaya göz acdığı gündür.

 

Daimi həyatın  imtahanlarından alnıaçıq və üzüağ çıxan  ehtiyatda olan  baş leytenat  Füzuli Rəsulovu  doğum günü münasibətilə  Din-in Daxili Qoşunların  ehtiyatda və istefada olan zabitləri, doğmaları ,yaxınları və iş  yoldaşları  səmimi qəlbdən təbrik edir,səbəkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər,Füzuli  qoy hər yeni yaşınız  sizə sevinc dolu günlər bəxş etsin, hər yeni iliniz  isə  səni istəklərinə qovuşduraraq  daha  da xoşbəxt etsin.


  Baş leytenat Rəsulov Füzuli Məmməd   oğlu  yanvar ayının  11 -də  Bakı şəhərində  zəhmətkeş  ailədə anadan olub.

   

1999 - ci ildə Cəmşid Naxcvanski adına hərbi liseyi,  2003- ci ildə   Bakı Ali  Ümümqoşun  Komandirlər Məktəbini (BAÜKM), 2004 - ci ildə  Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin  Xəzər rayonunda yerləşən hərbi  məktəbdə zabitlərin ixtisas artırma  kursunu bitrub.

     

2003-2007 - ci illərdə  Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin  Xəzər və Nərmanov  rayonlarında yerləşən hərbi hissələrdə taqım komandiri və böluk komandiri vəzifələrində Vətənə  və xalqa  sədaqətlə xidmət  edib. ”Hərbi xidmətkecmə haqqında” əsasnamənin  156-cı madəsinin v) bədinə əsasən xəstəliyə görə - Azərbaycan Respubilkası Daxili işlər nazirliyi  Daxili Qoşunlarından   ehtiyata buraxlıb.

 

Füzuli Rəsulov  Din-in Daxili Qoşunlarıda xidmət etdiyi illər ərzində  Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi,  Hərbi Andın, hərbi və daxili qoşunların  döyüş xidməti nizamnamələrinin və  hərbi qulluqçuların  etik davranış  kodeksinin tələblərinin,  əmr və sərəncamların  dəqiq və sözsüz yerinə yetirilməsi işində bir cox hərbi qulluqculara səxsi  nümunə olub.


 Füzuli Rəsulov Daxili Qoşunların  Baş İdasində, təlim - tədris mərkəzlərində və hərbi hissələrində keçirilən bir çox  təlim-metodiki toplanışlarda, müvafiq ixtisas artırma  kurslarda, xüsusi - taktiki təlimlərdə, nümnəvi - göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak etməsi sayəsində  bu sahədə bilik və baçarıqlarını  maksimal təhkimləşdirib  və beləcə  daxili qoşunlarda özünu son dərəcə faydalı kadr olaraq təsdiq edib.

    

Baş leytenat Füzuli Rəsulov  həmişə ulu öndərin idealarına, dövlət başçımızın yerdiyi siyasətə, dövlətçiliyə sadiq ,hər zaman sözü ilə əməli bir olan  zəhmətkeş zabit olub.  


Qanunvericiliklə müəyyən olunmuş qaydada   DİN- in  Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,

şəhərdə, yaşayış yerlərində və  kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorumasında və ictimai asayişin təhlükəsizliyinin təmin olunmasında, yaşayış  məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizənin təşkilində, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, mühüm dövlət obyektlərin və hərbi təchizat anbarların mühafizə edilməsində, fövqalədə hallar zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş qəzaların,bədbəxt hadisələrin,yanğınların və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

    

Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, ali hərbi məktəb rəisinin,  hərbi hissə komandirinin  müvafiq əmrləri iIə  bir sıra medallarla, əlaçı döş  və yubiley nişanları ilə təltif olunub, bir cox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.


     


Hərbi yoldaşları  Füzuli Rəsulovu  vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsədə  dost - tanış , qohum - əqraba  arasında özünə böyük hörmət qazanıb.


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN  FÜZULİ!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

  

Azərbaycan Respubilkasının Silahlı Qüvvələri  və Müharibə Veteranı polkovnik Salman Musayev

   



Hiç yorum yok:

Yorum Gönder

Pages