Təbrik: Baş-leytenat Elçin Əliyev - 48



Yüksək peşəkarlığı, dərin zəkası,  vətənpərvərliyi,  gözəl nitq qabiliyyəti, iradı, mənəvi keyfiyyəti, dəqiqliyi, sadəliyi, insanpərvərliyi və səmimiyyəti   ilə seçilən, vətən müharibəsi iştirakcısı - ehtiyatda olan baş leytenat  Əliyev Elçin Akif oğlunun  fevral  ayının 11- də  dünyaya göz acdığı gündür.

 

Daimi həyatın  imtahanlarından alnıaçıq və üzüağ çıxan  ehtiyatda olan  baş leytenat   Elçin Əliyevi doğum günü münasibətilə  Din-in Daxili Qoşunların  ehtiyatda və istefada olan zabitləri, doğmaları ,yaxınları və iş  yoldaşları  səmimi qəlbdən təbrik edir,səbəkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Elçin   qoy hər yeni yaşınız  sizə sevinc dolu günlər bəxş etsin, hər yeni iliniz  isə  səni istəklərinə qovuşduraraq  daha  da xoşbəxt etsin.


  Baş leytenat Əliyev Elçin Akif   oğlu  1976-cı ilin  fevral ayının  11 -də  Bakı şəhərində  zəhmətkeş  ailədə anadan olub.

   

1992 - ci ildə  Bakı şəhər Nəsimi rayon   19 nömrəli tam orta məktəbi,  1997 - ci ildə   Bakı Ali  Ümümqoşun  Komandirlər Məktəbini (BAÜKM taktiki  avtomobil  qoşunları ixtisası üzrə), 1998 - ci ildə  Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin döyüş hazırlığı  idarəsinin   Xəzər rayonunda yerləşən  təlim -tədris mərkəzində  zabitlərin ixtisas artırma  kursunu bitrub.

     

1997-2002 - ci illərdə  Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin  Xəzər   rayonunda yerləşən hərbi hissədə   kicik komandirlər və  sürücülər  hazırlayan tədris bölüyində taqım komandiri- müəllim vəzifəsində Vətənə  və xalqa  sədaqətlə xidmət  edib.2003-cü ildən  Neft şirkətində  mühafizə bölməsinin rəisi vəzifəsində işləyir. 


Elçin Əliyev 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ordusunun   hərbi hissələrinin birində bölük komandiri vəzifəsində   Füzulinin, Cabrayılın  və Hadrutun azad olmasında fəal  iştirak edib. “Vətən müharibəsi iştirakçısı” döş nişanı  və “Hərbi xidmətdə  fəriqlənməyə” görə medalı ilə təltif olunub.

 

Vətən nüharibəsi iştirakcısı  Din-in Daxili Qoşunlarıda xidmət etdiyi illər ərzində  Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi,  Hərbi Andın, hərbi və daxili qoşunların  döyüş xidməti nizamnamələrinin və  hərbi qulluqçuların  etik davranış  kodeksinin tələblərinin,  əmr və sərəncamların  dəqiq və sözsüz yerinə yetirilməsi işində bir cox hərbi qulluqculara səxsi  nümunə olub.


 Elçin Əlitev Daxili Qoşunların  Baş İdasində, təlim - tədris mərkəzində və hərbi hissələrində keçirilən bir çox  təlim-metodiki toplanışlarda, müvafiq ixtisas artırma  kurslarda, xüsusi - taktiki təlimlərdə, nümnəvi - göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak etmişdir

   

 Qanunvericiliklə müəyyən olunmuşmuş qaydada   DİN- in  Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,

şəhərdə, yaşayış yerlərində və  kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorumasında və ictimai asayişin təhlükəsizliyinin təmin olunmasın da, yaşayış  məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizənin təşkilində, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, mühüm dövlət obyektlərin və hərbi təchizat anbarların mühafizə edilməsində, fövqalədə hallar zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş qəzaların, bədbəxt hadisələrin,yanğınların və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

    

Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə  Müdafiə Nazirinin, Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, ali hərbi məktəb rəisinin, korpus və  hərbi hissə komandirinin  müvafiq əmrləri iIə  əlaçı döş  və yubiley nişanları ilə təltif olunub, bir cox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.


     


Hərbi yoldaşları  Elçin Əliyevi   vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsədə  dost - tanış , qohum - əqraba  arasında özünə böyük hörmət qazanıb.


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN  ELÇİN!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

  

Azərbaycan Respubilkasının Silahlı Qüvvələri  və Müharibə Veteranı polkovnik Salman Musayev

   

   

Hiç yorum yok:

Yorum Gönder

Pages