Şəhid Mirzəyev Ramazan Şahhüseyn oğlu 01.01.1965-ci ildə Şirvan şəhərində anadan olub.



 Orta təhsilini 3 saylı məktəbdə alıb. Hərbi xidmətini Monqolstanda etmişdir.
O, 1993-cü ilin İyul ayında hərbi komissarlıq tərəfindən Qarabağa göndərilib. Ağcabədi, Beyləqan və Fizuli rayonlarında gedən döyüşlərdə iştirak edib, qəhrəmanlıqlar göstərib. 
Döyüşçü yoldaşları ona "Qırğı gözlü" deyərdilər.
Ramazan Mirzəyev 17.01.1994-cü ildə Beyləqan rayonu ərazisində gedən döyüşlərdə şəhid olub.

28 yanvar 1994-cü ildə şəhid Mirzəyev Ramazan Şahhüseyn oğlu Şirvan şəhərinin “Şəhidlər Xiyabanında “ torpağa tapşırılmışdır.

Hiç yorum yok:

Yorum Gönder

Pages