Təbrik : Kapitan Oktay Xəlilov- 61



   Zəngin təcrübəsi, yüksək peşəkarlığı, humanistliyi, dəqiqliyi, təmkinliyi,nəcib    davranışı,  yüksək mədəniyyəti,  sadəliyi, səmimiyyəti, vətənpərvərliyi,işgüzarlığı və mənəvi keyfiyyətilə   ilə, seçilən ömrünün  ən məhsuldar dövrünün 11 ildən çox şərəfli xidmət  yolunu hərbi xidmətdə  keçirmiş,   müharibə veteranı- istefada  olan  kapitan Xəlilov Oktay  Əhmədəli oğlunun  dekabr ayının 9-də  dünyaya göz acdığı gündür.

 

Daimi həyatın bütün sınaqlarından alnıaçıq və  üzüağ çıxan kapitan Xəlilov Oktay    Əhmədəli öğlunu  doğum  gün münasibətilə Daxili Qoşunların ehtiyatda və istefada  olan zabitləri, doğmaları, yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir, həyatda ona,  insan üçün ən şirin nemət olan möhkəm can sağlığı  və həyat yollarında bitib – tükənməyən naliyyətlər 

  arzu edib deyirlər,  Oktay üoy yaşının üstə gələn bu yaşda, sənə sevincdolu illər bəxş etsin,  hər yeni ilin isə səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

 

 İşgüzar, çalışqan, işinə   qətiyyətli, mübariz  keyfiyyətli,dostlara, yaxınlara isti münasibətdə olan,  müharibə veteranı -istefada olan  kapitan Xəlilov Oktay Əhmədəli  oğlu 1962- cı  ilin   dekabr ayının 9- da  Qərbi Azərbaycanın Lori mahalının Dağlıq Borcalı ərazisinin  Kalino rayonun Qaraisa  kəndində  zəhmətkeş ailədə         anadan olub.

   

  Oktay Əhmədəli oğlu Xəlilov    1978- ci ildə Kalino rayonunun Qaraisa  kənd orta məktəbi, 1982-ci ildə  Eravan  kənd Təsərrüfatı Texnikomunu, 1983 -cü ildə isə Sovet Ordusunda kicik kamandir hazırlayan mühəndis- istehkam kursunu  bitrib.O, Daxili Qoşunlarda xidmət etdiyi ilər ərzində, Daxili Qoşunların  Baş İdarəsində və hərbi  hissələrində kecirlən, komanda – qərargah məşqilərində, metodiki- təlim toplanışlarda,xüsusi- taktiki təlimlərdə, müvaiq kurslarda,seminar və konfranslarda feal iştirak edib.

     Heçkəsi özündən incitməyən,xoş  rəftarı və   və şirin dili ilə hər kəslə doğmalıq  münasibəti yaradan  Xəlilov Oktay Əhmədəli oğlu   1972-1984-ci illərdə Sovet ordusunun    Dalino -Vostokda və Ussuriski şəhərində yerləşən Mühəndis- İstehkam Qoşunlarının  hərbi hissələrində atıcı, manqa komandiri,taqım komandirinin müavini   vəzfəsində müddətli həqiqi hərbi xidmətdə  ( Starşına rütbəsində ) olub.  

1984-1987 ci illərdə  Kalino rayon İcra Hakimiyətində  aparıcı mütəxəssis,1987- 1991 -ci illərdə Sabuncu rayonun Meyvə və tərəvəz  ticarət tədaruk bazasında baş mühasib,1991- 1992 – ci illərdə Xızı rayon  Kommunist Partiyasının   kənd təsərrüfatı şöbəsində baş mütəxəssis vəzifələrində işləyib.  

1992 -2001 -ci illərdə    Daxili İşlər Nazirliyi Daxili Qoşunların Bas idarəsinin Ağdam, Xacmaz (Yalama qəsəbəsində) və Nərmanov rayonlarında yerləşən hərbi hissələrində   maliyyə xidməti rəisi vəzifələrində Vətənə  və xalqa sədaqətlə xidmət etmişdir.

 Oktay Xəlilov   Din- in Daxili Qoşunlardan Silahı Qüvvələrə buraxlıqdan sonra özəl sahələrdə Sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

    O,  Azərbaycanın Ərazi bütövlüyü    uğrunda  ( Ağdam və Ağdərə, rayonları istiqamətində) gedən döyüşlərdə fəal iştirak edərək, ona həvalə edilmiş vəzifə və tapşırıqlarının öhtəsindən layiqincə gəlmişdir.

     Müharibə Veteranı Oktay Əhmədəli oğlu Xəlilov, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kimi göstərmişdir.

      Bacarıqlı, təşkilatcı  və  qayğıkeş insan Oktay Xəlilov,  Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, sxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. Oktay Xəlilov  istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsə də xidmət etdiyi və çalışdığı mühitdə, dost-tanış ,qohum-əqrəba, qonşu, ünsiyyətdə olduğu həmkarları  arasında özünə layiq hörmət qazanmışdır.

   Xoş  ünsiyyəti və təvazökar ağlı  ilə fəriqlənən Əhmədəli oğlu Oktay Xəlilov,   Daxili işlər nazirliyi  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməsi,Hərbi   Andın,  hərbi     və daxili qoşunların döyüş xidməti nizamnamələrinin  və digər hüquqi- normativ aktların  tələblərinin dəqiq və sözsüz  yerinə yetirilməsi işində  öz  tabeliyində olanlara və bir cox hərbi qulluqçulara daimi  şəxsi nümunə olmuşdur.

 O,şəhərdə,yaşayış məntəqələrində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin, təmin edilməsində, , yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşlsının alınmasında, çütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,qəzalar, bədbəxt hadissələr yanğınlar,təbii  fəlakətlər və başqa fövqaladə  hallar (fövqalədə vəziyyət və komendat saatı  zamanı) hüquqi rejim  tədbirlərinin həyata keçirilməsində,  dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə   yerınə yetirmişdir.

     Kapitan Xəlilov OktayƏhmədəli  oğlu, hərbı xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyüs keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə, Daxili İşlər Nazirinin, Daxili Qoşunların Komandanın və onun müavinlərinin, xidmət etdiyi hərbi hissə komandirinin müvafıq əmrləri  ilə «Əla xidmətlərə Görə”  əlacı döş, yubiley və idman dərəcəsi  nişanları ilə təltif edilib, bir cix  fəxrı fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN.OKTY MÜƏLLİM!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!


HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


Azərbaycan  Reslubilkas Silahlı Qüvvələri və Müharibə Veteranı 

polkovnik Salman Musayev



Hiç yorum yok:

Yorum Gönder

Pages