ŞƏHİD QANI AXMAYAN TORPAQDAN VƏTƏN OLMAZ



Bu gün 5 Azərbaycan Vətən övladının Doğum Günüdür.
“CƏNNƏT MÖVLUDLARI MÜBARƏK ” 

1. Kərimov Seymur Qəzənfər oğlu...- 08.12.1972-ci ildə Neftçala rayonu Yenikənd kəndində anadan olmuşdur. Bankə qəsəbə orta məktəbini və peşə məktəbini bitirmişdir. 1992-ci ildə vətənin müdafiəsinə yollanmışdır. 25032 saylı H/Hisədə xidmət etmiş.   28.12.1993 -cü ildə Füzuli rayonu ətrafında gedən döyüşlərdə Şəhid olmuşdur. 31.01.1994-çü ildə Nəşi  Neftçala şəhər qəbristanlığına dəfin edilmişdir. Xatirəsini əbədi saxlamaq üçün   "Kür-təcrübə Nərə Balıqartırma Zavodu" Seymur Qəzənfər oğlunun adına verilmişdir
2. Tosif Vidadi oğlu Abdullayev (8 dekabr 1998; Cəlilabad rayonu, Azərbaycan — 14 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
3. Fərhad Vüqar oğlu Fərhadlı 8 dekabr 1993-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2011-ci ildə Sumqayit şəhər 12№ li orta məktəbi bitirib, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin BBA fakültəsinin Menecment ixtisası üzrə təhsil almağa başlamışdır. 2015-ci ildə Universiteti bitirib, 2016-cı ildə Hərbi xidmətə yollanmışdır. Aprel doyüşləri zamanı hərbi xidmətdə olub. 2017–2018-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin İdarə olunması ixtisası üzrə magistr təhsilini almışdır. İş həyatına Gilan Holdinqdə başlayıb, sonra isə Kapital bankda davam etmişdir. Fərhad Fərhadlı 21 sentyabr 2020-ci il tarixində hərbi təlimlərə qatılmışdır. O, bir həftə təlim keçdikdən sonra 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşmışdır. 20 oktyabr Cəbrayıl uğrunda gedən döyüş zamanı yaralı daşıyan sırada şəhid olur. 
4. Samir Vaqif oğlu Fərzəliyev (8 dekabr 1996; Quzanlı, Ağdam rayonu, Azərbaycan — 27 sentyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
5. Pərviz Fərmayıl oğlu Həsənov (8 dekabr 1989; Samux rayonu, Azərbaycan SSR — 6 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Allah bütün Şəhidlərin Ruhunu Şad eləsin Amin !!!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyev 90 min müharibə veteranı və  “Qocalar Döyüşə Gedir” qrupu adından şəhid ailələri «Başın sağolsun, Vətən» deyib Şəhid ailələrinə səbr diləyirik.
Hörmətlə: Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Neftçala rayon şöbə sədri Mübariz Hüseynov

Hiç yorum yok:

Yorum Gönder

Pages