Xüsusi Təyinatlı Qüvvələrin qrup komandiri, baş giziri, Aprel döyüşlərinin və Vətən Müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı, şəhidimiz Camal İsmayılovun (1984-2020) doğum günüdür.

Vətən müharibəsində Cəbrayıl, Füzuli, və Qubadlı rayonu istiqamətlərində, həmçinin Ərgünəş dağı və Hadrut qəsəbəsi istiqamətlərində gedən döyüşlərdə savaşıb. Ümumi olaraq 24 gün ərzində 30-dan çox yaşayış məntəqəsinin azad edilməsi uğrunda gedən döyüşlərdə savaşıb. Hadrutun azad edilməsi zamanı Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin zabitləri ilə birgə Ermənistan Ordusunun rabitə qovşağına qoşulub və erməni hərbçilərinin başqa istiqamətə yönlənməsini təmin edib. Camal İsmayılovun da daxil olduğu Xüsusi Təyinatlı Qüvvələrin 15 nəfər hərbi qulluqçudan ibarət olan qrupu, həmçinin digər dəstələrdən olan 30 nəfər hərbi qulluqçuları oktyabrın 19-da Qubadlı istiqamətində ciddi önəmə və strateji əhəmiyyətə sahib olan mövqelər uğrunda döyüşlərə daxil olub. Qeyri-bərabər döyüşlər nəticəsində Camal İsmayılov və dəstənin bir neçə üzvü şəhid olub.

Hiç yorum yok:

Yorum Gönder

Pages