Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının həyatında tibb xidməti sahəsində öz dəst xətti və xüsusi xidmətləri olmuş, peşəkarlığı, humanistliyi,dərin zəkasl,gözəl nitq qabiliyyəti, xeyirxahlığı’ sadəliyi, səmimiyyəti,işgüzarlığı,səmərəli fəaliyyəti,intellektulal səviyyəsi,iradi və mənəvi keyfiyyətləri ilə seçilən, Azərbaycan Respublikasının müharibə veteranı olmuş, tibb xidməti mayoru İsmayılov Rizvan Hüseyin oğlunun iyul ayının 16-da vəfatından bir il ötür.
Qeyd edək ki, Rizvan həkim 2024-cü ilin iyul ayının 16-da Qaradağ rayonunun Ələt qəsəbəsində vəfat edib və Ələt qəsəbə qəbiristanlığında dəfn edilib.
Tibb xidməti mayoru İsmayılov Rizvan Hüseyin oğlu 1952 ci ilin iyun ayının 16-da Azərbaycan İravan Quberniyasının Ulxanlı qəsəbəsində zəhmətkeş bir ailədə anadan olmuşdur. 1968-ci ildə Ulxanlı qəsəbə orta məktəbi, 1975-ci ildə isə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. Rizvan həkim dəfələrlə həkimlərin ixtisas artırma kurslarında olmuşdur.
Tibb xidməti mayoru Rizvan Hüseyin oğlu İsmayılov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Qanunvericiliklə müəyyən olunmuş qaydada Din-in Daxili Qoşunlarına həvalə olunmuş vəzifə və tapşrıqların yerinə yetirilməsində Vətənpərvər və işgüzar alı dərəcəli həkim kimi üzərinə düşən vəzifə və tapşırıqları yüksək səviyyədə yerinə yetirmişdir.
1992 -2001 -ci illərdə DİN-in Daxili Qoşunların hərbi hospitalında ordinator və baş ordinator vəzifələrində Millətə,vətənə,dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.Rizvan İsmayılovun oğlu peşəkar baş zabit -polkovnik- leytenant Rəşad İsmayılovda atasının həyat yolunu bir zabit kimi Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında layiqincə davam etdirmişdir.
Öz xidməti vəzifələrini,hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə, Rizvan həkim Daxili İşlər Nazirinin,Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,hərbi hissə komandirinin (hospital rəisinin) müvafiq əmirləri ilə bir sıra medallarla, əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif edilmiş, fəxri fərmanlarla,qiymətli hədiyyələrlə mükafatlandırılmış,ona təşəkkur elan edilmişdir.
Azərbaycan dövlətçiliyinin qorunmasında,yaşayış məntəqələrində ictimai təhlükəsizliyin təmin edilməsində,Ağdam və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə bir həkim kimi üzərinə düsən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Bir daha Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri polkovnik- leytenant Rəşad İsmayılova atasının vəfatından kədərləndiyini bildirir və dərin hüznlə doğmalarına,yaxınlarına başsağlığı verir.
Heyf ki, biz unudulmaz tibb xidməti mayoru Rizvan Ismayılovu 2024-cü illin iyul ayının 16-da itirdik. Lakin o, qəlblərdə yaşayır və yaşayacaq.
Allah həmkarmıza qəni-qəni rəhmət eləsin. Məkanı cənnət, ruhu daima şad olsun.
Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder