Mirhəsən müəllim!Neftçala Rayon İcra Hakimiyyətinin başçısı, hörmətli MirHəsən Seyidov ! ad günüdür

.                 15 İyul 2025-ci il
            Əziz və hörmətli Mirhəsən müəllim!
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı, hörmətli MirHəsən Seyidov  !
        Sizi səmimi qəlbdən salamlayıram! Bu gün Sizin doğum gününüz münasibətilə ürəkdən təbrik edir, həm şəxsi, həm də ictimai fəaliyyətinizdə Sizə möhkəm can sağlığı, daimi ruh yüksəkliyi və əbədi xatirələrə çevriləcək gözəl əməllər arzulayıram.
        Bizlər – bir kökdən, bir niyyətdən gələn, Peyğəmbər(s) nəslinə mənsub Seyyid övladları olaraq harada olmağımızdan asılı olmayaraq, haqqın və ədalətin bərpası uğrunda çalışmaqla məsuliyyət daşıyırıq. Bu amal bizə ulu babalarımız – Həzrət Mühəmməd (s), Əmirəl-möminin Həzrət Əli (ə) və Kərbəla şəhidlərinin başçısı İmam Hüseyn (ə) məktəbindən miras qalmış müqəddəs bir yoldur.
        Eyni zamanda, Siz müasir tariximizin şanlı qəhrəmanı – Qarabağ Zəfərinin banisi, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dövlətçilik yolunun ləyaqətli davamçılarındansınız. Bu yolda əbədi liderimiz, ümummilli lider Heydər Əliyevin müdrik siyasi irsi və xalq sevgisinə əsaslanan idarəçilik məktəbi Sizin fəaliyyətinizdə bariz şəkildə öz əksini tapır.
       Neftçala rayonunda şəhid ailələrinə, müharibə veteranlarına, qazilərə və ümumən bütün əhaliyə göstərdiyiniz diqqət və qayğını görməkdəyik. Şübhəsiz ki, fəaliyyət olan yerdə müəyyən çatışmazlıqların olması labüddür, lakin bu gün – Sizin doğum gününüzdə biz o xırdalıqlara deyil, daha çox müsbət izlərə və insani keyfiyyətlərə nəzər salırıq.
       Çünki insan ömrü nə qədər qısa olsa da, əgər o ömür xeyirxah işlərə sərf olunubsa, xalqın yaddaşında əbədiləşir. Sizin fəaliyyətiniz də məhz bu mənada mənəvi dəyəri olan, gələcək nəsillərə örnək ola biləcək xeyirxah əməllərlə zəngindir.
       Bu xoş fürsətdən istifadə edərək, zamanında Sizinlə birlikdə çiyin-çiyinə fəaliyyət göstərmiş Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzəquliyev və 93 minlik üzv adından, eləcə də bir Seyyid övladı olaraq Mübariz Eldar oğlu imzası ilə, AVMVİB-in Neftçala rayon şöbəsi və “Qocalar Döyüşə Gedir” ictimai qrupunun adından Sizi səmimi qəlbdən TƏBRİK EDİR, həyatınızda daim uğur, ailə səadəti, xidmətlərinizdə isə vətənə layiqli mükafatlar və xalqın sevgisini diləyirik.
           Ad gününüz mübarək olsun!
          Dərin hörmət və ehtiramla, Mübariz Eldar oğlu
    AVMVİB-in Neftçala rayon şöbəsinin sədri, “Veteran.az” qəzetinin Şirvan-Salyan regional yazarı

Hiç yorum yok:

Yorum Gönder

Pages