İMİŞLİ SU MELİOROSİYA SİSTEMLƏRİ İSTİSMARI İDARƏSİNİN BÜDCƏSİ NECƏ TALAN EDİLİR.

Hörmətli izləyicilər. Bildiyimiz kimi hər bir canlının yaşaması üçün su vacib amillərdən birincisidir. Bu səbəbdən də su bölnüşü ədalətli olmalı,sudan istifadə edənlərdə məmun qalmalıdırlar.Bu səbəbdən də  dövlət qanuna uyğun olaraq Suvarma Sistemləri idarələrinin nəzdində  SUDAN İSTİFADƏ BİRLİYİ (SİB) adlı bir qrum yaratdı..Qrumun iş funksiyası  isə istifadə olunan suyun pulunun büdcəyə köçürülməsində sahibkarlarla maarifləndirici söhbətlərin aparılmasından və suyun ədalətli bölünməsindən ibarətdir. Bu da  dövlət tərəfindən şəffaflığın təmin edilməsi üçün nəzərdə tutulmuş bir addımdır.Və dövlət tərəfindən də hər bir sahibkarın adına kod  müəyyən etdi ki, hər bir sahibkar istifadə etdiyi suyun pulunu adına olan kod vasitəsilə büdcəyə ödəsin. Bəs gəlin görək bu şəffaflığa İmişli Su Meliorasiya Sistemləri İstismar idarəsində necə əməl olunur. İlk növbədə onu qeyd edim ki, İmişli Su Melarasiya İstismarı  idarəsinin müdri Samir Məmmədovdur. Samir Məmmədov bu posta çox iddialı gəlmişdir. İlk günlərində idarənin işləyən və işlıməyən texnikalarını idarənin  saxlanc yerinə yığdı.(Qaraja)Çoxları onun bu addımını alqışladılar ki, idarədə ədalət bərqərar oldu. Amma bu gün idarədə  cənab Samir müəllimin görmədiyi və ya görə bilmədiyi və nəhayət bəlkədə görmək istəmədiyi çox işlər var. Məsələn sudan istifadəçilərin çoxundan istifadə etdiyi suyun pulu nəğd şəkilində SİB  işçiləri tərəfindən  yığılır və ödəniş qəbzi də verilmir heç abonent tərəfindən ödənilən istifadə etdiyi suyun pulu SİB-nin işçisi tərəfindən idarənin büdcəsinə ödənilmir. Nəticədə sudan istifadəçilərin su pulu kimi borcları yaranır.  Belə olan halda idarənin müdiri və bu işə cavabdehlər hara baxır? Sudan istifadə birliyinin rəhbərini dəyişmək çıxış yolu deyil ay Samir müəllim. Çıxış yolunu əməli işdədir o da nə sizdə, nə dəsizin  tabeçiliyinizdə olan işçilərdə yoxdur.  Bundan başqa sahibkarların əkdiyi məhsulunu suvarmağa,  Heyvandarlığla məşgul olanlar mal qarasını suvarmağa, kəndlinin həyətyanı sahəsini suvarmağa su tapmadığı halda bəzi sahibkarlar suyuboşuna  şor kanalına və ya əkilməmiş sahələrə axıdır sizin işçilərdən bu acınacaqlı vəziyyətə nədənsə biganə qalırlar Buda Samir Məmmədovun bir idarə rəhbəri kimi yerində olmamasından irəli gəlir. İmişli Su Melorasiya idarəsi də olan nöqsanlar saymağla bitməz.Bundan başqa İdarənin balansında olan hündür mərtəbəli yaşayış binalarının zirzəmiləri çirkab sularla   dolub. Bu da  həm binanın bünövrəsinin məhv olmasına, həmdə bina sakinlərinin iy qox içində yaşamasına və ağcaqanadların yolxucu xəstəliklər yaymasına şərait yaradır. Bundan başqa idarənin balansında olan meşə zolağları zəbt edilərək ordan çayxana və yeməkxana kimi istifadə edirlər.Nədənsə Samir müəllim hələdə bu acınacaqlı olanlara  susmağla üstünlük verir.Mən burdan üzümü Azərbaycan Respublikası  Dövlət Su agentliyinin sədri cənab Zaur Mikayılova tutaraq demək istəyirəm ki, əgər Samir Məmmədov sizi  eşidirsən ona deyin rəhbəri olduğu idarədə mən qeyd etdiyim və ya edə bilmədiyim nöqsanları aradan qaldırsın. Yox əgər işində dönüş yarada bilmirsə kreslo zəbt etməsin. İmkan versin ki, bu işin öhdəsindən gələ bilən bu kresloda əyləşib işini günü tələbinə uyğun qura bilən bu kresloda əyləşsin.Yoxsa İmişli Melarosiya idarəsi məhvə doğru gedir.

Hiç yorum yok:

Yorum Gönder

Pages