Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarında və Polis Akademiyasında müxtəlif vəzifələrdə xidmət etmiş, yüksək peşəkarlığı, humanistliyi, dərin zəkası, səmərəli fəaliyyəti,gözəl nitq qabiliyyəti, vətənpərvərliyi,sadəliyi, səmimiyyəti , dəqiqliyi, təmkinliyi, insanpərvərliyi və təşkilatclıq bacarığı ilə seçilən, ömrünün ən məhsuldar dövrünü Daxili İşləri Nazirliyinin müvafiq strukturlarında keçirmiş, hörmətli veteranmız- istefada olan polis polkovniki Quliyev Elxan Sabir oğlunun iyun ayının 13 -də dünyaya göz acdığı gündür.
Belə bir əlamətdar gün münasbətilə daimi həyatın imtahanlarından alnıacıq və üzüağ çıxan - Azərbaycan Respublikasının müharibə veteranı, polis polkovniki Quliyev Elxan Sabir oğlunu Daxili İşlər Nazirliyiinin zabitlər birliyinin üzvləri, DİN-in Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, doğmaları,əzizləri,dostları, onun iş və döyüşçü yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən naliyyətlər arzu edib deyirlər, Elxan müəllim qoy hər yeni yaşınız sizə sevinc dolu illər bəxş etsin, hər yeni günüz isə səni istəklərinizə qovuşduraraq daha da xoşbəxt etsin.
Polkovnik Quliyev Elxan Sabir oğlu 1964 - cü ilin iyun ayının 13 -də Bakı şəhərində zəhmətkeş bir ailədə anadan olub. Əslən Şuşa şəhərindədir.
E.Quliyev 1981-ci ildə Bakı şəhər 225 nömrəli orta məktəbi,1987-ci ildə Azərbaycan Dövlət Universitetini, 1997 - ci ildə Müdafiə Nazirliyinin Qaraheybət zabitlərin təlim-tədris mərkəzini bitirib. Elxan DİN-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən bir çox təlim -metodiki toplanışlarda, xüsusi - taktiki təlimlərdə, nümunəvi göstərici məşğələlərdə, komanda -qərargah məşqlərində, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
E.Quliyev 1983-1985-ci illərdə SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olub.
1991-1992-ci illərdə könüllülərin 1-ci taborunun və Daxili İşlər Nazirliyi Daxili Qoşunların Gəncə şəhərində yerləşən hərbi hissənin tərkibində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək, ona həvalə olunmuş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir. Azərbaycan Respublikasının müharibə veterandır.
E.Quliyev 1995-ci ilədək Dövlət Neft şirkətində işləyib.1996 -2011-ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Binəqədi, Nərimanov və Quba rayonlarında yerləşən hərbi hissələrində böluk komandirinin tərbiyəvi işləri üzrə müavini, tabor komandirinin tərbiyəvi işləri üzrə müavini tərbiyə bölməsinin rəisi -baş təlimatçı, hərbı hissə komandirinin tərbiyəvi işləri üzrə müavini, 2011-2025-ci illərdə isə DİN-in Polis Akademiyasında baş müəllim vəzifələrində Millətə, vətənə, dövlətə və xalqa sədaqətlə xidmət edib.
Quliyev Elxan Sabir oğlu DİN-in Daxil Qoşunlarında və Polis Akademiyasında xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi (Polis) Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına və Polis Akademiyasına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, mühüm dövlət obyektlərin, xüsusi yüklərin, hərbi təchizat anbarların,hərbi şəhərciklərin
mühafizə olunmasında, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, birləşmiş silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında, fövqəladə hallar, habelə fövqalədə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin edilməsində, qəzaların, bədbəxt hadisələrin, yanğınların, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Öz vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına və səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Polis Akademiya rəisinin və hərbi hissə komandirnin müvafiq əmrləri ilə əlacı və yubiley döş nisanları ilə təltif olunub, dəfələrlə fərmanlarla, diplomlarla ,qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Hərbi və polis yoldaşları Elxan Quliyevi vətənpərvər, qorxmaz, səxavətli, əliacıq, zəhmətkeş, ən gözəl ailə başçısı, qətiyyətli, qayğıkeş insan və nüfuzlu zabit kimi dəyərləndirirlər. Elxan təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və çalışdığı mühitdə, istərsə də qohum- əqrəba, dost - tanış arasında özünə layiqli hörmət qazanıb.
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanmasında, Respublikada əmin - amanlığın təmin edilməsində, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:
1."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10 illiyi ( 1991 - 2001)” yubiley medalı ilə;
2."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi ( 1918 - 2008 )” yubiley medalı ilə;
3."Qüsursuz xidmətə görə "3-cü dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
4."Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN ElXAN MÜƏLLİM.
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
100 YAŞA, SAĞLAM YAŞA
Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder