Daxili İşlər Nazirliyinin (DİN-in) Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidmət etmiş , yüksək peşəkarlığı, humanistliyi,dəqiqliyi,işgüzarlığı, vətənpərvərliyi, sadəliyi, səmərəli fəaliyyəti, səmimiyyəti, iradi və mənəvi keyfiyyətləri ilə seçilən, Azərbaycan Respublikasının müharibə veteranı-istefada olan kapitan Rəfi Əliyevdir. İyun ayının 4-də onun dünyaya göz açdığı gündür.
Daimi həyatın imtahanlarından alnıacıq və üzüağ cıxan, istefada olan kapitan Rəfi Əliyevi doğum günü münasibətilə Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların hərbi vəzifəliləri,doğmaları,əzizləri, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyilər, Rəfi müəllim qoy hər yeni yaşınız sizə sevinc dölü günlər bəxş etsin, hər yeni günüz isə sizi istəklərinizə qovuşduraraq daha da xoşbəxt etsin.
Kapitan Əliyev Rəfi Diləm oğlu 1964 - cü ilin iyun ayının 4- da Gəncə şəhərində zəhmətkeş bir ailədə anadan olub.
1992 - 2001 ci İllərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Bas İdarəsinin, Şirvan ( kecmiş Əlibayramlı) şəhərində, Ağdam, Ağdərə, Füzuli, Binəqədi rayonlarında və Gəncə şəhərində yerləşən hərbi hissələrində böluk komandirinin tərbiyəvi işlər üzrə müavini, böluk komandiri, tabor komandirinin tərbiyəvi işlər üzrə müavini, Alayın tərbiyə bölməsində isə baş təlimatcı vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət edib. Hərbi təcrübə mübadiləsi əldə etmək üçun Türkuyə Silahlı Quvvələrində işgüzar səfərdə olub .
1981 -ci ildə Gəncə şəhərində 1 nömrəli tam orta məktəbi, 1990- ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu, 1992- ci ildə Daxili Qoşunların Bas İdarəsinin Şirvan (keçmiş Əlibayramlı) şəhərində yerləşən tədris alayında zabitlərin ixtisas artırma kursunu, 1998 -ci ildə isə Müdafiə Nazirliyinin Qaraheybətdə yerləşən tədris mərkəzində zabitlərin təhkimləşdirmə kursunu bitrib.
O, Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Qanunvericiliklə müəyyən olunmiş qaydada Daxil işlər Nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, şəhərdə , yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin təmin edilməsində və ictimai asayişin qorunmasında, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşlsının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqalədə hallar zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş, qəzaların, bədbəxt hadisələrin, yanğınların, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Hərbi və döyüşcü yoldaşları Rəfi Əliyevi vətənpərvər, qoruxmaz, saxavətli, insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost - tanış , qohum - əqraba arasında özünə böyük hörmət qazanıb.
Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətlərində) gedən döyüşlərdə üzərinə düşən vəzifə və tapşırıqları şərəf və məsuliyyət hissi ilə yerınə Azərbaycan Respublikasının müharibə veteranıdır.
Öz vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yernə yetirərkən xüsusi fəriqləndiyinə görə kapitan Rəfi Əliyev Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Jandarma Qüvvələrinin rəhbərliyi, Qaraheybət təlim tədris mərkəzi rəisinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə bir sıra medallarla, əla xidmətlərə görə əlacı və yubiley doş nişanları ilə təltif olunub, dəfələrlə diplomlarla, fərmanlarla və qiymətli hediyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, RƏFİ MÜƏLLİM !
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN CİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respubilkasının Silahlı qüvvələri veteranı və müharibə veteranı , peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder