Həmişə müqəddəs peşəsinə layiq, yüksək iş qabiliyyətləri ilə fərqlənən, Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunların Baş İdarəsinin hərbi hospitalında tibb xidməti sahəsində Vətənə və xalqa sədaqətlə xidmət etmiş,peşəkarlığı,humanistliyi dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti, iradi, mənəvi keyfiyyətləri və insanlara (xəstələrə) qarşı qayğıkeşliyi ilə seçilən, öz davranışı,təfəkkuru,dünya görüşü ilə digərlərdən seçilən, ən əsası xəstə olanlara yaxşı ünsiyyət yaratmağı və onların xarakterinə uyğun danışmağı bacaran- istefada olan gizir Ağayeva Gülmira İsə qızının iyun ayının 6- da dünyaya göz acdığı gündür.
Belə bir əlamətdar gün münasibətilə daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan,əhatəsində olan insanların hörmətini qazanan, dostlarına və yaxınlarına isti münasibətdə olan – gizir Gülmura Ağayevanı Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri (tibb işciləri), doğmaları, əzizləri, iş yoldaşları, onun pərəstişkarları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında uğurlar arzu edib deyirlər,Gülmura xanım qoy yaşınızın üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Yüksək nufuz sahibi olan, xidmət etdiyi və işlədiyi kollektivdə təvazökar, xeyirxah insan və tibb bacısı kimi tanınan Ağayeva Gülmura İsə qızı 1966 -cı ilin iyun ayının 6- da Bakı şəhərində zəhmətkeş bir ailədə anadan olub.
Qeyd edək ki, Gülmura xanım hazırda haqq dünyasında olan polkovnik- leytenant Rafil Ağayevin həyat yoldaşı idi.
Peşəsinə sədaqət nümayiş etdirən tibb bacısı Gülmüra xanım 1983 -cü ildə Bakı şəhəri 174 nömrəli orta məktəbi, 1988-ci ildə isə 2 nömrəli Bakı Baza Tibb (indiki kolleci) Texnikumunu bitrib.Gülmura xanım müəyyən olunmuş vaxtlarda tibb işcilərin ixtisas artırma kurslarında olub.
Hər zaman həyatda layıqlı yer tutmağa calatmış, yüksək uğurlar qazanmış, vətənpərvər insan və fədakar tibb işcisi Ağayeva Gülmura İsə qızı tibb bacısı ixtisası üzrə təhsilini başa vurduqdan sonra 1992- 2005 – ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Qaradağ və Nərmanov rayonlarında yerləşən hərbi hissənin (hərbi hospitalının) Terapiya şöbəsində tibb bacısı vəzifələrində çalışıb.
Torpağına, xalqına bağlı gözəl xanım, istefada olan gizir Gülmüra Ağayeva Daxili Qoşunların Baş İdarəsinin hərbi hospitalında xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbi qulluqcu kimi göstərmişdir.O, işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə, calışdığı kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Gülmura xanım öz xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən qoruxmaz,insanpərvər, səxavətli, əliaçıq, vəfalı və zəhmətkeş hərbi qulluqcu olub.
Əsil vətəndaşlıq mövqeyi ilə seçilən, ictimaiyyət arasında öznəlayıq hörmət qazanmış Ağayeva Gülmura İsə qizı Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına əməl edilməsi, müvafiq nizamnamələrin, direktivlərin, təlimatların, əsasnamə və əmirlərin tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsi işində, bir çox hərbi qulluqculara və tibb işcilərinə şəxsi nümunə olmuşdur.
Ağayeva Gülmüra İsə qızı öz xidməti vəzifələrini yerinə yetirərkən fəriqləndiyinə, şücaət və fədakarlıq göstərdiyinə və digər xidmətlərinə görə əlacı və Daxili Qoşunların yaranmasının yubiley döş nişanları ilə təltif olunub, fərmanlarla,diplomlarla, qiymətli hədiyələr ilə mükafatlandırılıb, ona təşəkkur elan edlib və aşağıdakı medallarla təltif edlib:
1.“Qüsursuz xidmətə görə” 3 -ci dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
2.“Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10 illiyi (1991 2001)” yubiley medalı ilə.
GÜLMÜRA XANIM!
BİR İL DAHA BİTDİ, AMMA HEÇ VAXT KƏDƏRLƏNMƏ ZAMAN TEZ KEÇİR DEYƏ...
UNUTMA Kİ HƏR KƏS EYNİ ŞEYİ YAŞAYIR.
BU İLİN SONUNDA GERİYƏ BAXDIĞINDA ÜMÜD EDİRƏM BİR "MÖCÜZƏ İLDİ " DEYƏRSƏN...
BÜTÜN ARZULARLNIN REALLAŞMASI DİLƏYİMLƏ..
GÜLMÜRA XANIM 100 İL SAĞLAM VƏ MƏNALI ÖMÜR YAŞAYIN!
AD GÜNÜN MÜBARƏK !
Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder