Təbrik: Polkovnik Hamlet Qurbanov- 55


İşgüzarlığı, yüksək intellektual səviyyəsi, idarəçlik qabiliyyəti ilə seçilən, peşəkar hərbi  zabit, səmimi və xeyirxah  insan, Azərbaycan Respubilkasının Silahlı qüvvələri veteranı və müharibə veteranı- ehtiyatda olan polkovnik Qurbanov Hamlet Məhəmməd oğlunun iyun ayının 25-də 55 yaşı tamam oldu 

Daimi həyatın bütün imtahanlarəndan  alını acıq çıxan Azərbaycan Respubilkasının  Silahlı qüvvələri  veteranı və müharibə veteranı- oeşə  hərbçi ehtiyatda olan polkovnik Hamlet  Qurbanovu belə bir əlamətdar gün münasibəti ilə Din -in Daxili Qoşunların  ehtiyatda  və istefada olan zabitləri, doğmaları iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib tükənməyən nailiyyətlər arzu edib deyirlər, Hamlet müəllim  qoy  yaşnızın üstə gələn bu yaş da sənə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun səni xoşbəxt edəcək şəkildə keçsin.

Polkovnik  Qurbanov Hamlet Məhəmməd oğlu  1970 -ci ilin iyun ayının 25-də ƏliBayramlı (indiki  Şirvan) şəhərində zəhmətkeş  bir ailədə anadan olub.

 1987 - cu ildə   Əlibayramlı (indiki Şirvan) şəhərində orta məktəbi, 1991-  ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının  Sankt-Peterburq (Leninqrat)  LKCİ-nin  60 illyi adına   ali hərbi siyasi məktəbi bitirib.

Hamlet Qurbanov 1991-2025 ci illərdə SSRİ və Azərbaycan  Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının     ƏliBayramlı (indiki Şirvan) şəhərində, Binəqədi, Hacıqabul, Zakatala və Xəzər  rayonlarında yerləşən hərbi  hissələrində və ali hərbi məktəbdə  bölük komandirinin tərbiyəvi işləri üzrə müavini, kicik komandirlər hazırlayan hazırlayan tədris bölüyün komandiri-baş müəllim, döyüş  hazırlığı bölməsində zabit, döyüş hazırlığı bölməsinin rəisi, hərbi hissə komandirinin  birinci müavini, ali hərbi məktəbdə elmi şöbənin rəisi, Ali hərbi məktəb rəisinin birinci müavini, hərbi hissə komandiri, vəzifələrində  olub.

 Polkovnik   Hamlet Qurbanov peşəkarlığı və humasitliyi ilə seçilən ömrünün ən məhsuldar dövrünün 28-ildən çox  şərəfli xidmət yolunu Daxili işlər Nazirliyinin Daxili Qoşunlarında kecirərək Millətə, dövlətə,  vətənə və Xalqa sədaqətlə xidmət edib. 

Hamlet  Qurbanov Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarna həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, mühüm dövlət obyektlərin, hərbi anbarların, hərbi bazaların, kommunikasiya qurğuların, xüsusi yüklərin,  iclah - əmək müəssisələrinin mühafizə olunmasında, cinayətkarlığa qarşı mübarizədə, axtarışda olan şəxslərin axtarılmasında və tutulmasında şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirıərin  kecirilmə yerlərində ictimai  asayişin qorunmasında  və ictimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrində və islah-əmək müəsissələrində kütləvi iğtişaşların  qarşısının alınmasında, qəzalar,bədbəxt hadisələr, yanğınlar, təbii  fəlakətlər və başqa  fövqaladə hallar, habelə fövqəladə vəziyyət  və komendat saatı zamanı hüquqi rejimin təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır .  

H.Qurbanov  Azərbaycanın  suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edib. Hamlet Azərbaycan  Respublikasının müharibə veteranıdır.

Polkovnik H.Qurbanov Daxili Qoşunlarda xidmət etdiyi müddətdə şəxsən, Azərbaycan Respublikasının Konustutiyasına və qanunlarına, Hərbi Andın, hərbi və Din-in daxili qoşunların döyüş xidməti nizamnamələrinin, daxili qoşunların baş idarəsinin inseksiyası haqqında əsasnamənin  tələblərinə və vəzifə borcuna əməl etməkdə  tabeliyindəkilər və digər hərbi qulluqçular üçün nümunə olmuşdur .

Azərbaycan Respublikasının Silahlı qüvvələri  veteranı və müharibə veteranı- ehtiyatda olan polkovnik Qurbanov  Hamlet  Məhəmməd oğlu Daxli Qoşunlarda xidmət etdiyi ilərdə xidmətdə fəqləndiyinə və səmərəli  fəaliyyətinə görə Azərbaycan  Respublikası Prezidentinin  2005-ci il tarixli  803 saylı sərəncamına, SSSRİ Ali Soveti adından, SSSRİ və  Azərbaycan Respublikasının Daxili İşlər Nazirlərinin, Daxili Qoşunlar komandanlarının onların müavinlərinin, ali hərbi məktəb rəisinin  və hərbi  hissə komandirlərinin müvafiq əmrinə əsasən əla xidmətlərinə,  döyüş və ictimai siyasi hazırlığına  görə  əlaçı, yubiley yüngül- atletika  və atıcı silahlar üzrə müvafiq idman dərəcəsi döş nişanları ilə   təltif olunub, bir çox fərmanlarla , diplomlarla və qiymətli hədiyyələrlə mükaflandırlıb,ona təşəkkur elan edilib və aşağıdakı medallarla təltif olunub:

1.“Hərbi xidmətlərə görə” medalı ilə;

2.“SSSRİ Sİlahlı Qüvvələrinin   70 illiyi (1918-1988)”  yubiley medalı ilə;     

3.“Rusiya Federasiyasının Sankt –Peterburq (leninqrad) şəhərində yerləşən “DİN-in Daxili Qoşunların ali siyasi hərbi inistitutunun (məktəbinin) 70 illiyi” yubileyi  medalı ilə;

4.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin    10  illiyi (1991-2001)” yubiley medalı ilə;

5.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin  90 illiyi (1918-2008)” yubiley medalı ilə;

6.“Qüsursuz xidmətə görə” 1-ci dərəcəli  medal ilə- Silahlı Qüvvələrdə  20  təqvim ili   xidmətə görə;

7.”Qusursuz xidmətə görə” 2 - ci dərəcəli medal ilə-  Silahlı Qüvvələrdə 15 təqvim ili  xidmətə görə;

8.“Qüsursuz  xidmətə görə  3-cü dərəcəli  medal ilə -Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;

9.“Azərbaycan Respubilkasının  Silahlı Qüvvələri Veteranı” medalı ilə.

YUBİLEY GÜNÜN MÜBARƏK  HAMLET!

100 YAŞA, SAĞLAM YAŞA. 


Azərbaycan Respubilkasının Siıahlı qüvvələri  veteranı- və  müharibə veteranı, peşəkar  hərbçi və hüquqşünas polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages