Təbrik: General -mayor Ramiz Məmmədov- 85


Daxili İşlər Orqanlarının və Daxili İşlər Nazirliyi  (DİN-in) Daxili Qoşunlarının həyatında  öz dəst- xətti və xüsusi xidmətləri olan yüksək peşəkarlığı,dərin zəkası, səmimiyyəti işgüzarlığı, yüksək intellektual səviyyəsi, böyük idarəçilik və təşkilatclıq bacarığı ilə seçilən, ömrünün ən məhsuldar dövrünü Daxili İşlər Orqanlarında  və Daxili Qoşunlarda kecirmiş hörmətli veteranmız-istefada olan general- mayor  Məmmədov Ramiz Xosrov oğlu   1940 -cı ilin  iyun ayının 12 -də   Azərbaycan Respublikasının Gədəbəy rayonunda anadan olub. 

Bu bahar təravətli yaz günündə Daxili İşlər Orqanlarında və Daxili Qoşunlarında  xüsusi xidmətləri olan, sayagəlməz uğurları ilə şöhrət qazanan Daxili İşlər Nazirinin müavini və Daxili Qoşunlar komandanı vəzifələrində xidmət etmiş -istefada olan genral- mayor Məmmədov Ramiz Xosrov oğlunu belə bir əlamətdar  (85 illik yubiley)  gün münasibətilə, Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili İşlər Nazirliyin  və Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, onun doğmaları, əzizləri,yaxınları,iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara möhkəm cansağlığı,həyat  yollarında uğurlar arzu edib deyirlər, Ramiz müəllim qoy yaşınızın üstə gələn bu  yaş da sizə sevinc dolu günlər bəxş etsin.

General-mayor Ramiz Məmmədov Ulu Öndərin ideyalarına, dövlət basçımızın yürütdüyü uğurlu siyasətə, dovlətçiliyə sadiq, hər zaman sözü ilə əməli bir olan, ali zabit kimi  tanınır.Hörmətli komandanmız Ramiz Məmmədov  1990- 1992- ci illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda (Goronboy, Tərtər, Kəlbəcər, Laçın, Susa, Ağdərə və Ağdam rayonları istiqamətində) gedən döyüşlərdə fəal iştirak edərək,üzərinə düşən vəzifə və tapşırıqları  öhtəsindən layiqınca gəlmişdir.Bundan əlavə, Ramiz Məmmədov 1993 -1994 - cü illərdə horadiz istiqamətində gedən döyüşlərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının və polis (dövlət yanğından mühafizə xidməti) quruplaşmasının hücum əməliyyatının işləyib hazırlanmasına, döyüş hərəkətlərin  idarə olunmasına bilavasitə rəhbərlik etmişdir. Bu uğurlu hücum  əməliyyatı nəticəsində Horadiz qəsəbəsi və 11 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Azərbaycan Respublikasının Silahlı  qüvvələri veteranı və müharibə veteranıdır.


General -mayor Ramiz Məmmədov qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili İşlər Nazirliyinə  və Daxil Qoşunlara həvalə olunmuş vəzifələrin yerinə yetirilməsində, cinayətkarlığa qarşı mübarizənin təşkilində, ictimai qaydaların qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, eyni zamanda daxili İslər nazirinin müavini və daxili qoşunların komandanı kimi kuratoru olduğu xidməti sahələrin fəaliyyətinin çevik və məqsədyönlü idarə edilməsində, düzgün istiqamətləndirilməsində  yüksək peşəkarlıq və təşkilatçılıq bacarığı nümayiş etdirib, dövlətin konstitusion qurluşunun mudafiəsində, əmin - amanlğın təmin edilməsində  diqqətə layiq xüsusi rolu olmuşdur . 

R.Məmmədov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən doyüşlərdə üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.


Əhatəsində olan insanların böyük hörmətini qazanmış general-mayor Ramiz Məmmədov mənalı həyatının 44 ilini Daxili İslər orqanlarında, Daxil Qoşunlarda və Mərkəzi Komitədə müvafiq vəzifəyə həsr edərək şərəfli yol keçmiş, Millətə,vətənə,dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.

Səmimi, xeyirxah və ziyalı insan- istefada olan general-mayor Ramiz Məmmədovun səmərəli və məqsədyönlü fəaliyyəti həmişə onun bilavastə rəhbəri tərəfindən yuksək qiymətləndirildiynə görə bir sıra orden və medallarla, əla xudmətlərə  görə  əlacı  və yubiley döş nişanları ilə təltif olunub, dəfələrlə fərmanlarla, diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkur elan  olunub.

 Azərbaycan Respubilkasının Silahlı qüvvələri  veteranı və  müharibə veteranı, peşəkar  hərbçi və hüquqşünas polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages