Daxili İşlər Nazirliyinin (DİN-in) Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidmət etmiş, ehtiyatda olan baş- leytenant Fariz Füzuli oğlu Məmmədovun iyun 11-də dünyaya göz acdığı gündür.
Daimi həyatın imtahanlarından alını açıq və üzüağ çıxan- ehtiyatda olan Fariz Füzuli oğlu Məmmədovu belə bir əlamətdar gün münasibətilə Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların istefada və ehtiyatda olan zabitıəri, onun doğmaları, əzizləri və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər, Fariz qoy yaşının üstə gələn bu yaş da sizə sevinc dölü illər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Məmmədov Fariz Füzuli oğlu 1985-ci ilin iyun ayının 11-də Bakı şəhər Binə qəsəbəsində zəhmətkeş hərbici ailəsində anadan olub.Atası gizir Füzuli Məmmədov və qardaşı kapitan Firdovsi Məmmədov uzun müddət Daxili İşlər Nazirliyi Daxili Qoşunların hərbi hissələrində müxtəlif vəzifələrdə Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
Fariz Məmmədov 2003-cü ildə Bakı şəhəri Binəqədi qəsəbə 136 saylı tam orta məktəbi, 2010-cu ildə isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin orta ixtisas hərbi məktəbini bitrib.
2004-2005-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Gəncə şəhərində yerləşən hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olub.
2006-2018-cı illərdə Daxili Qoşunların hərbi hissələrində və Ali hərbi məktəbində müxtəlif vəzifələrdə Vətənə və xalqa sədaqətlə xidmət etmişdir. Fariz Məmmədov hərbi xidmət dövründə xəstəliyi ilə əlaqədar Daxili Qoşunlardan ehtiyata buraxılıb
Fariz Məmmədov öz tabeliyində olanlara və bir çox hərbi qulluqculara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin,əmr və sərancamların dəqiq və sözsüz yerinə yetiriməsi işində daimi nününə olmuşdur.
Fariz Məmmədov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı, tərbiyəsi yerində olan, nizam və intizamlı hərbçi kımı göstərmiş, işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Qanunvericiliklə müəyyən olunmuş qaydada DİN-in Daxili Qoşunlarına həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində,mühüm dövlət obyektlərin, hərbi şəhərciklərin və hərbi təchizat anbarların mühafizəsində,şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai qaydanın təmin edilməsində və ictimai təhlükəsizliyin qorunmasnda, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,axtarışda alan şəxslərin axtarılmasında, tutlmasında və zərərsizləşdirilməsində,qəzalar,bədbəxt hadisələr ,yanğınlarvə təbii fəlakətlər zamanı hüquqi rejimin təmin edilməsində baş- leytenant Fariz Məmmədov üzərinə düsən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir.
Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə və digər xidmətlərə görə -ehtiyatda olan baş- leytenant Fariz Füzuli oğlu Məmmədov Daxili İşlər Nazirin, Daxili Qoşunlar Komandanının, onun müavinlərinin və hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif olub, bir çox fərmanlarla,diplomlarla, və qiymətli hədiyyələrlə mükafatlandırılıb, ona təşəkkür elan edilib və aşağıdakı medallarla təltif edilib:
1.“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubley medalı ilə;
2.“Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
40 İLLİK YUBİLEY GÜNÜN MÜBARƏK OLSUN
FARİZ!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Azərbaycan Respubilkasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder