Bu gün Bakıda, Gəncliyə Yardım Fondunda Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və təşkilatçılığı ilə, qürbətdə yazıb yaradan gənc şairə Səidə Rəhimlinin "Ümid körpüsü" kitabının təqdimatı keçiriləcək.
Bakmiltv.info xəbər verir ki, bu barədə məlumatı Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı bildirib. Onun sözlərinə görə, kitabın redaktoru və ön söz müəllifi – Azərbaycan, Rusiya və Avrasiya Yazarlar birliklərinin üzvü, AYB Moskva bölməsinin məsul katibi, şair, tərcüməçi, publisist Afaq Şıxlıdır:
"Moskvada yaşayan şairəmiz Səidə Rəhimli "Həsrətdən vüsala" və rus dilində "Yenə nağıl istəyirəm" (tərcüməçi Afaq Şıxlı) kitablarının müəllifidir. Gənc şairə Səidə Rəhimlinin sayca 3- cü kitabı olan "Ümid körpüsü" kitabının təqdimatına hər kəs dəvətlidir".
Qeyd edək ki, tədbir Səbail rayonu, Cəfərov Qardaşları küçəsi 16, Gəncliyə Yardım Fondunda təşkil olunacaq.
Hiç yorum yok:
Yorum Gönder