Müstəqil Həmkarlar Birliyinin Şamaxı təşkilatının ümumi yığıncağı keçirilmişdir. İclasda təşkilatın fəaliyyəti haqqında, görüləcək işlər, qarşıda duran vəzifələr barədə fikir mübadilələri aparılmışdır.
Vətəndaşlardan toplanan şikayətlər iclasda iştirak edən Müstəqil Həmkarlar Birliyinin İdarə Heyətinin üzvü Xəzər Teyyubluya təqdim edilmişdir.
Daha sonra təşkilati məsələlərə baxılmış, Misirxan Məmmədov, Rafiq Osmanov Elşən Bəhmənov təşkilat sıralarına üzv qəbul edilmişdir
Təşkilatın qərarı ilə üzv Vasif Ağayev fəaliyyəti dövründə buraxdığı neqativ, nizamnaməyə zidd hərəkətləri müzakirə edilmiş, daha sonra üzvlükdən xaric edilmişdir. Ona verilmiş üzvlük. vəsiqəsinin geri alınması haqqında qərar verilmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Hiç yorum yok:
Yorum Gönder