Mayor Oktay Ahnəzərov əgər yaşasaydı iyun ayının 9-da 67 yaşı tamam olacaqdı




Daxili İşlər Nazirliyi (DİN-in)  Daxili Qoşunlarının Ağdam, Ağdərə və Füzuli rayonlarında, Sumqayıt şəhərində  yerləşən  hərbi hissələrində, Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin maddi -texniki təminat  idarəsində müxtəlif vəzifələrdə Vətənə və xalqa sədaqətlə xidmət etmiş, Azərbaycan Respublikasının müharibə veteranı olmuş, mayor  Ahnəzərov  Oktay Hüseyn oğlunun iyun ayının 9-da anadan  olmasından 67 il ötür.


Qeyd edək ki, ömrünü gününü Vətənin bütövlüy ünə,xalqmızın xoş gələcəyinə həsr etmiş,hər kəs vətənin xoşbəxt vətəndaşıdır. Belə vətən təəssübü çəkən oğlanlardan biridə Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarının hərbi hissələrində və Daxili  Qoşunların Baş İdarəsinin maddi -texniki təminat idarəsində şərəfli  hərbi xidmət yolu keçmiş, xalqına, ailəsinə  bağlı gözəl insan olmuş mayor Oktay Ahnəzərov idi.

     

   

Əhatəsində olan insanların döyüşcü və iş yoldaşlarının hörmətini qazanan, dostlarına,iş yoldaş larına və yaxın qohumlarına isti münasibətdə olmuş, heç kəsi özündən incitməyən, xoş rəftarı və şirin dilli ilə hər kəslə doğmalıq yaradan məhrum Oktay  Ahnəzərov Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daima nümunə olmuşdur.

    

Əsil vətəndaşlıq  mövqeyi ilə seçilə, xeyirxah insan olmuş  Oktay Ahnəzərov  qanunvericiliklə müəyyən olunmuş qaydada   Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, mühüm dövlət obyektlərin müahizə olunmasında,şəhərdə,yaşayış məntəqələrində  və kütləvi tədbirlərin  kecirilmə yerlərində ictimai  asayişin qorunmasında və ictimai  təhlükəsizliyin təmin edilməsində,  yaşayış məntəqələrində kütləvi  iğtşaşların qarşısının alınmasında, cinay ətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərər sizləşdirilməsində,qəzalar,bədbəxt hadisələr yanğınlar, bədbəxt hadisələr, təbii fəlakətlər və başqa  fövqalədə hallar, habelə  fövqəladə vəziyyət və komendant saatı zamanı  hüquqi rejim tədbirlərin təmin edilməsində, dövlətətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düşən vəzifə və tapşırıqların öhdəsin dən layiqincə gəlmişdir.

      

Azərbaycan Reslubi lkasının ərazi bütövlüyü uğrunda ( Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində) gedən  döyüşlərdə iştirak edərək, ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.Oktay Ahnəzərov Azərbaycan Respublikasının müharibə veteranı idi.

    

 Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə mayor Oktay  Ahnəzərov Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,  hərbi hissə komandirinin  müvafiq əmrləri ilə medallarla, əlavə və yubiley döş nişanları ilə,fəxri fərmanla, diplomlarla,qiymətli hədiyyələrlə  mükafatlandırlmış və   ona təşəkkür elan edilmişdir


Hal-hazırda haqq dünyasında olan Oktay  Ahnəzərovun  əziz ruhu onu tanyanlar tərəfindən daimi hörmətlə xatırlanır və yad edilir.Belə vicdanlı oğuları ilə tanınır vətən! 

 

Allah rəhmət eləsin, məkanı cənnət olsun. Amin!


Azərbaycan Respubilkasının  Silahlı qüvvələri veteranı və  müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages