İyun ayının 24-də Bakıda, Gəncliyə Yardım Fondunda Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və təşkilatçılığı ilə, qürbətdə yazıb yaradan gənc şairə Səidə Rəhimlinin "Ümid körpüsü" kitabının təqdimatı keçirildi.

   Mirvarid Dilbazi Poeziya Məclisi İB- nin sədri Güllü Eldar  Tomarlı qonaqları salamladı. Vətənimizin azadlığı, bütövlüyü, suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi  bir dəqiqəlik sükutla anıldı. Dövlət himnimiz səsləndirildi.
   Güllü Eldar Tomarlı gənc şairin yaradıcılığından dannışdı. O, qeyd etdi ki, " Ümid körpüsü" kitabı şairin sayca 3- cü kitabıdı. " Həsrətdən vüsala" və rus dilində " Yeni nağıl istəyirəm" ( tərcüməçi Afaq Şıxlı) kitablarının müəllifidir.

" Ümid körpüsü" kitabının redaktoru və ön söz müəllifi – Azərbaycan, Rusiya və Avrasiya Yazarlar birliklərinin üzvü, AYB Moskva  bölməsinin məsul katibi, şair, tərcüməçi, publisist Afaq Şıxlıdır.
    Sonra söz Səidə Rəhimliyə verildi. O, ilk şeirini 4- cü sinifdə yazdığını qeyd etdi, verilən sualları cavablandırdı. Vətənpərvərlik mövzusunda şeirlərini səsləndirdi. 
   Tədbirdə şairlər, yazıçılar, elm adamları, poeziya vurğunları, gənclər və şairin doğmaları iştirak etdilər. Səidə Rəhimlinin şeirləri səsləndirildi.
   "Moskva Azərbaycanlılarının Milli- Mədəni Muxtaryyəti" nin nəzdində fəaliyyət göstərən Moskva Qadınlar Birliyinin sədri Leyla Fərəcovanın  şairin ömür yolundan, ictimai fəaliyyətindən bəhs edən  hazırladığı video çarx nümayiş olundu və maraqla izlənildi.
    Sonda xatirə şəkili çəkildi.

Hiç yorum yok:

Yorum Gönder

Pages